Fletayron binası

Flatiron Building (ing. Flatiron Building; Fletayron Bildinq kimi tələffüz olunur, hərfi tərcümədə "ütü bina" deməkdir) – Nyu-York şəhərinin Manhetten borosunun Brodvey, Beşinci Avenyu23-cü küçənin şərqinin birləşdiyi ərazidə yerləşən 22 mərtəbəli bina. Formasına görə ütüyə bənzəməsi binanın belə adlanmasına səbəb olmuşdur. Bundan başqa, göydələnin şərəfinə yerləşdiyi kvartal da adlanmışdır. 1966-cı ildə bina şəhərin orientiri kimi qəbul edimiş, 1989-cu ildə ABŞ-nin Milli Tarixi Abidələr siyahısına daxil edilmişdir. Hazırda Fletayron-bildinq Nyu-Yorkun simvollarından birinə çevrilmişdir.

Fletayron bildinq
Xəritə
40°44′28″ şm. e. 73°59′22″ q. u.HGYO
Ölkə ABŞ
Şəhər Nyu-York
Yerləşir Nyu-York
Tikilmə tarixi 1902
Mərtəbə sayı 22
Memar Daniel Bernem, Frederik Dinkelberq
Memarlıq quruluşu Neointibah memarlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Fletayron binasının tikilmə mərhələləri

Fletayron binasının yerləşdiyi indiki ərazi 1857-ci ildə amerikalı kapitalist Amos Eno tərəfindən alınmışdır. O, 1859-cu ildə burada ərazinin əksi istiqamətində Beşinci Avenyu mehmanxanasını tikdirmişdir. 1880-ci ildə Eno Sen-Jermen mehmanxanasını sökdürərək orada 7 mərtəbəli çoxotaqlı Kamberlend evini və kommersiya məqsədilə daha 4 ədəd üçmərtəbəli bina tikdirtdirmişdir. Burada müxtəlif vaxtlarda stomatologiya və corab mağazaları fəaliyyət göstərmişdi. Tikilən binalardan yalnız birinin Kamberlenddən hündür olması binanın şimal tərəfdə yerləşən divarında reklam lövhələrinin istifadəsi üçün şərait yaratmışdır. Eno binanın divarına kətan ekran qoydurmuş və sehirli fonar vasitəsilə burada müxtəlif şəkillərdən ibarət reklamlar nümayiş etdirmişdir. The TimesNew York Tribune qəzetləri ekrandan xəbər bülletenləri kimi istifadə etmək qərarına gəlmişdir. Minlərlə insan Medison skverə yığışaraq buradan sonuncu nəticələri gözləyirdilər.

Enonun vəfatından sonra onun əraziləri auksiona çıxarılmışdır. Bir neçə alqı-satqıdan sonra ərazi “Fuller” adlı inşaat şirkətinin idarəçisi Harri Blek tərəfindən alınmışdır. Burada şirkətin baş ofisini tikmək və buranı 1900-cü ildə dünyasını dəyişmiş şirkətin yaradıcısı və “göydələnlərn atası” adlanan Corc Fullerin şərəfinə “Fuller Bildinq” adlandırmaq qərarına gəlinmişdir. Lakin yerli sakinlər buranı “Fletayron” adlandırmaqlarında davam etmişdilər.

1871-ci ilin oktyabrında “Böyük Çikaqo yanğını"ndan sonra şəhər binalarının çox hissəsi məhv olmuşdur. Çoxsaylı hündür tikililər məhv olmuş: yüksək temperatur nəticəsində daş lövhələr yanmış, polad tirlər əyilmişdir. Hərçənd yanğın yeni tikililər və şəhərin boşalmış iqtisadi artımı üçün katalizator rolunu oynamışdır. 1892-ci ildə Çikaqo şəhər hakimiyyəti binaların maksimal mümkün hündürlük məhdudiyyətini irəli sürmüşdür. Elə həmin ildə Nyu-york şəhərsalma kodeksində dəyişikliklər edilmişdir. Bu dəyişiklik polad karkasa malik binaların tikintisində yanğına qarşı daş hörmələrindən istifadəni ləğv etdi. Nəticədə göydələnlərin tikintisi xeyli sadələşdirildi.

Layihə rəhbərləri çikaqolu memarlar Deniel Berneç və Frederik Dinkelberq idi. Onlar göydələndə Çikaqo stilinə məxsus tipik cizgiləri təcəssüm etdirmişdilər. Göydələnin ucaldılması işlərinə 1901-ci ilin ortalarında başlanılmışdır. Bina üçün polad tirlər American Bridge Company tərəfindən hazırlanmışdır. Bu halda proses elə təşkil olunmuşdur ki, konstruksiyanın çoxlu elementləri istehsalçı-zavod tərəfindən mütəmadi olaraq yığılırdı. Nəticədə binanın hündürlüyü həftədə bir mərtəbə qalxırdı. 1902-ci ilin fevralında Fletayronun karkası hazır idi. Həmin ilin mayında isə binanın yarısı üzlənmişdir. Bütövlükdə bina tikintisinə 1 il əvvəl başlandıqdan sonra 1902-ci ilin iyununda tamamlanmışdır. Tikintisi zamanı Fletayron binası Nyu-Yorkun ən hündür binalarından biri idi.

Göydələnə ilk əvvəl “Fuller-bildinq” rəsmi adının verilməsinə baxmayaraq, bu addan uzunmüddətli istifadə olunmur. Sahə və binanın özü şəhər sakinlərində ütü (flat-iron) ilə assosiasiya yaratdığından göydələnə indiki adı verilmişdir.

Həmin ildə “Fuller” kompaniyası ümumi dəyəri 66 milyon dollar olaraq “U.S.Realty” adlı konqlomeratın tərkibinə daxil olmuşdur. Yenidən qurulmuş kompaniyanın işlərinin getdikcə yaxşı getməməsi 1925-ci ilin oktyabrında Blekin göydələni satmasına səbəb olmuşdur. Alıcı qismində Macarıstandan olan yəhudi investor Luis Rozenbaum çıxış etmişdir. Razılaşma 2 milyon dollar həcmində idi. Belə ki bu qədər məbləğ Fletayronun tikintisinə xərclənmişdir. 1933-cü ildə Böyük böhran zamanı Rozenbaum müflis olmuşdur. Göydələn onu kirayələyən Equitable Life İnsurance Company sığorta şirkətinin mülkiyyətinə keçmişdir.

1946-cı ildə Fletayronu Harri Helsmlinin başçılığı altında investorlar qrupu almışdır. 6 ildən sonra 1952-ci ildə Beşinci Avenyu və Brodvey tərəfindən rekonstruksiya işləri görülmüşdür. Qırmızı ağacdan hazırlanmış qapıların yerinə poladdan və şüşədən hazırlanan görkəmsiz fırlanan qapılar quraşdırılmışdır. Binanın fasadı 1991-ci ildə Hurley& Farinella şirkəti tərəfindən restavrasiya olmuşdur. 2009-cu ildə Sorgente Group italiya korporasiyası göydələndəki məkanların yarısını almışdır. Bu razılaşma 190 milyon dollar civarında idi. Şirkət Fletayron binasını dəbdəbəli mehmanxanaya çevirmək fikrindədir.

Bina haqda ilkin fikirlər

[redaktə | mənbəni redaktə et]

Fletayron binası Nyu-Yorkun ikonasına çevrilmiş və ictimai rezonans heyrətamiz olsa da, ona qarşı söylənilən tənqidi fikirlər də hər hansı bir müsbət nəyəsə rast gəlmək mümkün deyil. Architectural Recordun redaktoru Şayler Montqomeri bina haqda bu fikirləri qeyd etmişdir: “Olduqca yöndəmsiz binadır, hətta bu yöndəmsizliyini maskalamaq da istəmir... Binaya ucluğun əlavəsi yöndəmsizliyin mənasız kəskinləşməsini göstərir.. ” O binanın üz hissəsini tərifləsə də, burada çoxlu sayda pəncərələrin olmasını pisləmişdir.

Bina hazır olanda çoxlu sayda qarışıq fikirlər almışdır. Onlardan ən məşhur tənqid “Bernhem uçurumu” adlanırdı. Bu tənqidi yanaşma binanın strukturuna fokuslanmış və binanın üçbucaq quruluşunun onun aşmasına gətirib çıxaracağını bildirmək üçün istifadə olunmuşdur. Tənqidçilər binanın iki küçənin birləşməsində binanın aşmasına səbəb ola biləcək təhlükəli küləyin yarandığını bildirirdilər. Kəsişmədə olan güclü küləyə baxmayaraq, binanın strukturu elə tikilmişdir ki, binanın üçbucaq formasını saxlaya bilsin.

The New York Tribune qəzeti yeni binanı “Piroqun xəsis tikəsi…. Nyu-Yorkda sakitliyi pozan ən cansız əşya” adlandırmışdır. The New York Times isə bədheybət adlandırmışdır.

Futurist Herbert Uells 1906-cı ildə yazdığı “Amerikada gələcək.Reallıqlardan sonra axtarış” kitabında bu sözləri qeyd etmişdir:

" "Mən Fletayron binansının burnunu gördükdən sonra heyrətə gəldim, özümü aqapedə hiss elədim". "
"Brodvey yeyənində çəkən okean paroxodu", 1925-ci il

Fletayron binası xeyli rəssamın diqqətini cəlb etməli idi. Bu 1904-cü ilin qış günlərindən birində Edvard Steyhenin atmosferi təsvir etdiyi şəkillərin əsas predmeti idi. Binanın obrazını yaratmış Alfred Stiqlits isə bina haqda fikirlərini bölüşərkən bildirmişdir: “Bir dəfə bərk tufan zamanı binanı gördükdə, sanki onun bədheybət paroxodun yayı kimi üzərimə gəldiyimi zənn etdim" [1][2]. Afinada Parfenon necə idisə, Nyu-York üçün də Fletayron binası bu anlama gəlirdi. Stiqlitsin işləri “Camera Work”-də nəşr olunmağa başlayanda onun dostu yazıçı, rəssam və fotoqraf Sadakiçi Hartman bu fikirləri bildirmişdir: “Sözsüz, xoşagələn tikilidir. Lakin bunu gözəl bina adlandırmaq olarmı? Gözəllik çox abstrakt ideyadır.. Sizcə, “Yastı dəmiri” insanların tərəddüdsüz gözəl adlandırmağın vaxtı çatmayıbmı?”[3]

1906-cı ildə Nyu-Yorka gələn məşhur rus yazıçısı Maksim Qorki də bina haqda öz fikirlərini qeyd etmişdir:

" “Bura şəhərdir, bura Nyu-Yorkdur. Sahildə 22 mərtəbəli bina dayanıb.Kvadrat və gözəllikdən məhrum olunan binalar darıxdırıcı şəkildə yuxarı qalxırlar. Hər yerdə sanki hər binaöz hündürlüyü, eybəcərliyi öyünür.” "

Amerikalı journalist Con Korbin Medison skverdə dayanan binanı “Brodvey yeyənində çəkən okean paroxodu” adlandırmışdır.

23 skidu ifadəsi

[redaktə | mənbəni redaktə et]

Fletayron rayonunun Medison skverin əksi istiqamətində olan əsas magistral yolların kəsişməsində yerləşməsi 23-cü küçədə göydələnin ətrafında nəzərə çarpan aerodinamik effekt yaratmışdır. XX əsrin əvvəllərində bura çoxsaylı kişilərin yığışmasına səbəb olmuşdur. Belə ki güclü külək şəhər qadınlarının geydiyi ətəklərinin qalxmasına səbəb olurdu. Həmin dövrdə qadın ayaqlarının görsənməsi ictimai qınaq obyekti idi. Həmin sahədə xidmət edən polis işçiləri yığışanların oranı tərk etməsini bildirirdilər. Polisləri həmin şəxslər “23 skidu verənlər” adlandırırdılar. Nəticədə çoxsaylı kişilər bura yığışırdı. Bu “fletayron” effekti o dövrün çoxlu poçt markalarında və illüstrasiyalarda öz əksini tapmışdır. Polislər həmin kişiləri qovmağa başlayanda onlar “23 skidu” qışqırırdılar. 23 skidoo (hərfi tərcümədə “əkilmək” deməkdir) “səni qovmamış aradan çıxmaq” anlamına gəlir.

Uebster lüğətində “skiddoo” sözünün tərcümədə “tərk etmək” mənasını verən "skedaddle" sözündən yarandığı bildirilir.

Versiyalardan birinə görə, bu ifadə Çarlz Dikkensinİki şəhərin hekayəsi” əsərində işlədilmişdir. Hərçənd ifadə birinci mənasından təhrif olunmuşdur. “23” ifadəsi bu novellanın sonunda rast gəlinmişdir. Novellanın qəhrəmanı olan Sidni Karton sevdiyi qadının həyat yoldaşı Çarlz Darnayın əvəzinə gilyotinə göndərilir. Böyük Fransa inqilabı zamanı yüzlərlə məhbus gilyotinlə edam olunurdu. Məhbuslar sıra nömrəsinə uyğun olaraq edam olunurdu.22 nəfərdən sonra növbə Sidni Kartona gəlib çatır.Bununla onun sonu gəlir.[4][5]

Amerikalı yazıçı Corc Ade isə ifadənin yaranması haqda belə bir versiyanı irəli sürmüşdür: “İngilis at yarışlarında start zamanı limit olaraq 23 at iştirak edə bilərdi.

  1. "Skyscrapers" Arxiv surəti 8 iyul 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib iyun 29, 2015, at the Wayback Machine Magical Hystory Tour:The Origins of the Commonplace & Curious in America (September 1, 2010)
  2. Burns, Ric & Sanders, James New York: An Illustrated History, 233(1999)
  3. Alexiou, p. 156
  4. "none". The Morning Herald (Lexington, Kentucky). March 17, 1899.
  5. Popik, Barry. "Twenty-three Skidoo Myth". The Big Apple. 6 June 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 March 2015.