Bu məqalə qaralama halındadır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. Əgər mümkündürsə, daha dəqiq bir şablondan istifadə edin. |
Bağırov Mehdi Siyavuş oğlu 1971-ci ilin iyun ayının 2-də Naxçıvan şəhərində anadan olub. 1978-ci ildə şəhərdəki 3 Saylı Rus məktəbində təhsilinə başlamışdır. 1989-1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin "Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili" ixtisası üzrə təhsil almışdır. 1994-1998-ci illər ərzində ADİU-nun aspirantura şöbəsində ixtisası üzrə qiyabi təhsil almışdır. 2000-ci ildə həmin Universitetdə 08.00.12. "Mühasibət uçotu, nəzarət və təsərrüfatın təhlili" ixtisas şifri üzrə namizədlik dissertasiyasını müdafiə etmiş və iqtisad elmləri namizədi (hazırki iqtisad elmləri doktoru) - alimlik dərəcəsi almışdır. 2014-2016-cı illərdə kafedra müdiri vəzifəsində işləmişdir.
Mehdi Bağırov 2012-ci ildə təhsil sahəsində nailiyyətləri nəticəsində NDU-nun Elmi Şurasının qərarı ilə "İlin Alimi" fəxri adına layiq görülmüş və diplom almışdır. Naxçıvan, Bakı, Gəncə, Tomsk, Lənkəran, Moskva, Novosibirsk, Stavropol, Saratov, Nevinomıssık, Ankara, Praqa, London və digər şəhərlərdə keçirilən çoxsaylı respulikadaxili və beynəlxalq elmi-bədii tədbirlərin (konferans, simpozium, forum və s.) iştirakçısıdır, burada öz məqalələri ilə çıxış etmişdir. 150-yə yaxın elmi əsərin, o cümlədən 27 kitabın (9 monoqrafiyanın), 7 metodik vəsaitin, 18 fənn proqramının müəllifidir. 19 əsər xaricdə çap edilib. Kitabları Naxçıvan Muxtar Respublikasının iqtisadi təhsil səviyyəsinin yüksəldilməsinə yönəlib. Mehdi Bağırov çoxlu sayda elmi dissertasiya, tədqiqat işlərinə rəhbərlik etmişdir.