Mehmanxana sahibəsi

Mehmanxana sahibəsi[1][2][3] — rejissorlar Lütfi Məmmədbəyov, Ədalət ZiyadxanovTariyel Vəliyev tərəfindən 1978-ci ildə ekranlaşdırılmış iki hissəli televiziya tamaşası. Azərbaycan televiziyasında istehsal edilmişdir. Əsas rolları Zərnigar Ağakişiyeva, Rafael Dadaşov, İlham Namiq Kamal, Hamlet Qurbanov, Sadıq İbrahimov, Sevil XəlilovaƏsgər Məmmədoğlu ifa edirlər.

Mehmanxana sahibəsi
Janr komediya
Rejissorlar Lütfi Məmmədbəyov
Ədalət Ziyadxanov
Tariyel Vəliyev
Əsərin müəllifi Karlo Qoldoni
Əsaslanır Karlo Qoldoninin "Mehmanxana sahibəsi" pyesi
Baş rollarda Zərnigar Ağakişiyeva
Rafael Dadaşov
İlham Namiq Kamal
Hamlet Qurbanov
Sadıq İbrahimov
Sevil Xəlilova
Əsgər Məmmədoğlu
Operatorlar Fərman Nəbiyev
Süleyman Süleymanov
Yusif Yaqubov
Quruluşçu rəssam Rafael Əsədov
İstehsalçı Azərbaycan Televiziyası
İlk baxış tarixi 1978-ci il
Filmin növü Televiziya tamaşası
Müddət 130 dəqiqə
Ölkə Azərbaycan SSR
Dil Azərbaycan dili
Bölüm sayı iki hissəli
Rəng rəngli

Film-tamaşada hadisələr Mirondalinanın mehmanxanasında cərəyan edir. Mehmanxana sahibəsi Mirondalina gözəl və ağıllı xanımdır. O bütün müştərilərinə həssaslıq və mehribanlıqla yanaşır. Günlərin birində mehmanxanaya gələn Kavaler Ripovratta öz rəftarı ilə Mirondalinada ikrah hissi oyadır. Mehmanxana sahibəsi Kavalerin eqoizmindən, kobudluğundan möhkəm əsəbləşir və bunun intiqamını almağı düşünür. Beləliklə, Mirondalina əvvəlcə Kavaleri özünə aşiq edir, daha sonra ondan öz intiqamını alır. Sonda isə azad ruhlu, şan-şöhrətə əhəmiyyət verməyən Mirondalina ətrafında ona aşiq olanlardan birini, atasının vəsiyyət etdiyi xidmətçi Fabrisionu seçir.

Film-tamaşa haqqında

[redaktə | mənbəni redaktə et]

1978-ci ildə Azərbaycan Televiziyasında komediya janrında iki hissəli televiziya tamaşası ekranlara çıxır. Məşhur italyan dramaturqu Karlo Qoldoninin Azərbaycan teatr səhnəsində və televiziya ekranlarında ilk baxışda rəğbətlə qarşılanan, tamaşaçı sevgisi qazanan əsəri belə adlanır : "Mehmanxana sahibəsi". Mehmanxana sahibəsi televiziya tamaşası maraqlı aktyor ansamblı ilə yadda qalıb. Quruluşçu rejissor Lütfi Məmmədbəyovun uğurlu aktyor seçimi ekran əsərinin tamaşaçılar tərəfindən birmənalı olaraq sevilməsinə səbəb olmuşdur. Azərbaycan televiziyasının birinci nəsil operatorlarından biri,"Mehmanxana sahibəsi" tamaşasının operatoru Fərman Nəbiyevin quruluşunda maraqlı səhnələr tamaşa boyu bir-birini əvəz edir.

Filmin üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Quruluşçu rejissorlar: Lütfi Məmmədbəyov, Ədalət Ziyadxanov

Televiziya rejissoru: Tariyel Vəliyev

Quruluşçu operator: Fərman Nəbiyev

Quruluşçu rəssam: Rafael Əsədov

Operatorlar: Süleyman Süleymanov, Yusif Yaqubov

Səs rejissorları: Rauf Haşımov, Lazar Çernomordikov

Səs operatoru: Knara Rzayeva

Qrim üzrə rəssam: Aslan Qafarov

Musiqi tərtibatçısı: Kerman Krupkin

Rejissor köməkçisi: Sevil İbrahimova

İşıq ustaları: Bəxtiyar Əliyev, Əzizağa Mövsümov

Mirondalina — Zərnigar Ağakişiyeva

Kavaler — Rafael Dadaşov

Markiz — İlham Namiq Kamal

Qraf — Hamlet Qurbanov

Fabrisio — Sadıq İbrahimov

Dianira — Sevil Xəlilova

Nökər — Əsgər Məmmədoğlu

  1. https://kaspi.az/az/serguzestimehmanxana-sahibesi
  2. https://report.az/incesenet-xeberleri/mehmanxana-sahibesi-eseri-63-ilden-sonra-azerbaycanda-sehneye-qoyulacaq/
  3. "Arxivlənmiş surət". 2024-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-27.