Mehriban Hidayət qızı Vəliyeva (1964, Bakı) — Azərbaycanlı ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisi VII çağırış deputatı, Azərbaycan Respublikasının "Əməkdar müəllimi"
Mehriban Vəliyeva | |
---|---|
Vəzifədədir | |
2024-cü ildən | |
Seçki dairəsi | 2024 — 44 saylı Sumqayıt üçüncü seçki dairəsi |
Əvvəlki | Emin Hacıyev |
2023 – 2024 | |
2020 – 2023 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1964 |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Partiya | |
Təhsili |
|
Uşağı | 3 |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
Mehriban Vəliyeva 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1987-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir.
Filologiya üzrə fəlsəfə doktorudur. Rus, türk dillərini bilir.
Ailəlidir, 3 övladı var.
1989-cu ildən Bakı şəhəri 278 nömrəli məktəbdə müəllim kimi başlamış, 2001–2008-ci illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində, 2008–2014-cü illər ərzində Akademik Zərifə Əliyeva adına liseydə pedaqoji fəaliyyətini davam etdirmşdir. 2014-cü ildə Akademik Zərifə Əliyeva adına liseyə direktor, 2020-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müdir, 2023-cü ildə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini təyin edilmişdir.
1996–2016-cı illərdə TQDK-da (hal-hazırda DİM) ekspert kimi fəaliyyət göstərmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Kommisiyasına üzv seçilmişdir.
Azərbaycan, Amerika, İsrail, Cənubi Koreya, Niderland və digər ölkələrdə ixtisasartırma kursları keçib.
Bir sıra dərslik, dərs vəsaitləri, məqalələr müəllifidir.
Mehriban Vəliyeva 2024-cü il növbədənkənar parlament seçkilərində 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının üzvü kimi seçkiyə qatılıb. Qələbə qazanaraq Azərbaycan Respublikasının Milli Məclisinin VII çağırış deputatı seçilib.
Milli Məclisin Elm və təhsil komitəsi, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüdür.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Efiopiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[1]
Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi parlamentlərarası əməkdaşlıq komissiyasının üzvüdür.
"Ən yaxşı müəllim", "İlin ən yaxşı pedaqoji mühazirəsi", Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinin qalibidir.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb.[2]
Dəfələrlə "Fəxri fərman", "Diplom" və "Təşəkkürnamə" ilə təltif olunub.