Mehtab Qadınəfəndi (d. 1830 - ö. 20 iyul 1888) — 31. Osmanlı sultanı Əbdülməcidin onuncu xanımı.
Mehtab Qadınəfəndi | |
---|---|
نتائج البحث | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Mahaçqala, Şimali Qafqaz |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | əsilzadə |
Atası | Hişam bəy |
Anası | Məlikə xanım |
Həyat yoldaşı | I Əbdülməcid |
Uşaqları |
Sabiha Sultan Əhməd Nurəddin Əfəndi |
Ailəsi | Osmanlı xanədanı |
Mehtab xanım 1830-cu ildə Mahaçqalada dünyaya gəlmişdir. Əsl adı Nuriyə, atası Hişam bəy, anası isə Məlikə xanım idi. Erkən yaşlarında ailəsiylə birlikdə Rusiya imperiyasını tərk edib İstanbula gəlmiş, Osmanlı sarayına təslim edilmişdir. Osmanlı sarayına alınan çeçen əsilli nadir qadınlardan biridir.
Sultan Əbdülməcidin hərəmxanasında xəzinədar olan Şevknihan xanım onun bibisi idi. Bu səbəblə sarayda mükəmməl təhsil almışdı. Nəhayət, 1845-ci ildə Sultan Əbdülməcidlə evləndirildi. Nigahdan 3 il sonra ilk övladı olan Sabiha Sultanı dünyaya gətirdi. Ardından Əhməd Nurəddin Əfəndi dünyaya gəldi. Oğlunun doğumundan sonra Beşinci Qadınəfəndi elan edilmişdir.[1] Oğlu Əhməd Nurəddin Əfəndi 33 yaşında vərəmdən vəfat etmişdi.
Şimali Qafqazda davam edən Şeyx Şamil hərəkatının ən güclü dəstəkçilərindən biri idi. Hətta Şeyx Şamil 1870-ci ildə həcc ziyarəti səbəbilə çıxdığı səyahət əsnasında öncə İstanbula gələrək ailsiylə birlikdə Mehtab xanımı ziyarət etmişdir.[2] Dul qaldıqdan sonra Fəriyə sarayında[3], 1880-ci ildən sonra isə Ulduz sarayında yaşamağa başladı və oğlunun ölümündən 4 il sonra 1888-ci ildə burada vəfat etdi. Cənazəsi Yəhya Əfəndi türbəsinə dəfn edildi.