Əhməd Nurəddin Əfəndi (31 mart 1852, Çırağan sarayı, İstanbul – 3 yanvar 1884, İstanbul, Osmanlı imperiyası) — 31. Osmanlı sultanı Əbdülməcidin oğlu, Osmanlı şahzadəsi.
Əhməd Nurəddin Əfəndi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 31 mart 1852 |
Doğum yeri | |
Vəfat tarixi | 3 yanvar 1884 (31 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | I Əbdülməcid |
Anası | Mehtab Qadınəfəndi |
Həyat yoldaşı | Nazlı Əmsal xanım |
Ailəsi | Osmanlı xanədanı |
Şahzadə Nurəddin Əfəndi 31 mart 1852-ci ildə Çırağan sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcid, anası isə onun xanımlarından Mehtab Qadınəfəndidir. 9 aprel 1857-ci ildə Dolmabağça sarayında qardaşları Rəşad Əfəndi, Kəmaləddin Əfəndi və Burhanəddin Əfəndiylə birlikdə sünnət edildi. Atasının vəfatı və əmisi Əbdüləzizin taxta çıxmasının ardından anasıyla birlikdə Fəriyə sarayında yaşamağa başladılar.
1864-cü ilin fevralında əmisi oğlu İzzəddin Əfəndiylə birlikdə Osmanlı hərbi məktəbində təhsil almağa başladı. Gələcəkdə sədarətə yüksələcək olan Əhməd Muxtar Paşadan dərslər aldı. Təhsilini tamamladıqdan sonra 19 yanvar 1865-ci ildə Osmanlı ordusunda xidmət etməyə başladı və ertəsi il baş kapitan rütbəsinə yüksəldi. Buna baxmayaraq daha sonra hərbi fəaliyyətini dayandırdı. 1873-cü ildə qardaşları Murad Əfəndi və Kəmaləddin Əfəndiylə birlikdə Mason təşkilatına üzv oldu. Tutulduğu vərəm xəstəliyi səbəbilə Nurəddin Əfəndi 3 yanvar 1884-cü ildə vəfat etdi və cənazəsi Yeni Məsciddə Validə Turhan Sultan türbəsinə dəfn olundu.
1870-ci ildə Nazlı Əmsal xanımla (d. 1852 - ö. 1871) evləndi ancaq xanımı bir il sonra vəfat etdi. Bir daha evlənmədi və övladı olmadı.