Memar Kəmaləddin

Əhməd Kəmaləddin (türk. Ahmed Kemaleddin; 1870[1][2][…]13 iyul 1927, Ankara) — XX əsrin əvvəllərində əsərləri ilə tanınan türk memarı, Birinci Milli Memarlıq hərəkatının qabaqcıl simalarından biri.

Memar Kəmaləddin
türk. Ahmed Kemaleddin
Memar Əhməd Kəmaləddin
Memar Əhməd Kəmaləddin
Şəxsi məlumatlar
Doğum tarixi 1870[1][2][…]
Vəfat tarixi 13 iyul 1927(1927-07-13)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Memar Kəmaləddinin heykəli, İzmir
Memar Kəmaləddinin məzarı, Bəyazid məscidi qəbristanlığı, İstanbul

Əhməd Kəmaləddin 1870-ci ildə İstanbulun Acıbadəm səmtində orta gəlirli bir ailənin tək övladı olaraq dünyaya gəlib. Atası Dəniz Donanması miralaylarından Əli bəy, anası isə Sadbərk xanım idi.[3] O, ibtidai təhsilini 1875-ci ildə İbrahim Ağa İbtidai məktəbində alıb. Orta təhsilini isə 1881-ci ildə atasının tutduğu vəzifəsi ilə əlaqədar olaraq yaşadıqları Kritdə davam etdirib. Bir müddət sonra ailəsi ilə birlikdə İstanbula qayıdan Kəmaləddin bəy orta təhsilini Numune-i Terakkidə (İstanbul Oğlan liseyi) tamamladı. Mühəndisliyə marağı olan Kəmaləddin bəy 1887-ci ildə 17 yaşında Hendese-i Mülkiye məktəbinə (İstanbul Texniki Universiteti) daxil oldu.

1891-ci ildə mühəndislik təhsilini başa vurduqdan sonra həmin məktəbdə dərs deyən alman akademik Yaxmundun assistanı təyin edildi. Dörd il assistanlıq edən Kəmaləddin, məktəbdən kənarda da şəxsi ofisini açıb ilk işlərinin dizaynına başladı. 1895-ci ildə o, memarlıq təhsilini təkmilləşdirmək üçün müəllimi Yaxmundun dəstəyi və dövlət təqaüdü ilə Almaniyaya göndərildi və iki il Berlində Charlottenburg Teknische Hochschule (indiki Berlin Texniki Universiteti) məktəbində təhsil aldı. Daha sonra iki il yarım müxtəlif memarlıq idarələrində çalışaraq təcrübə qazanan Kəmaləddin bəy, 1900-cü ildə İstanbula qayıtdı və yenidən müəllimlik etməyə başladı. Müəllimi Auqust Yaxmund Türkiyədən getdikdən sonra onun memarlıq dərslərini davam etdirdi.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

O, 1908-ci ildə Türkiyədə bu istiqamətdə "Osmanlı Memar və Mühəndislər Cəmiyyəti"ni təsis etdi. 1909-cu ildə II Əbdülhəmidin taxtdan endirilməsi ilə İttihad və Tərəqqi Partiyasının üzvü Xəlil Xammadə Paşa Vəqflər naziri, Kəmaləddin bəy də yeni yaradılmış Tikinti-Təmir Müdirliyinə təyin olundu. O, "Şarq Dəmir Yolları Şirkəti" üçün dörd dəmiryolu vağzalı stansiyasının layihəsini hazırlamışdı. Bu şirkət üçün ilk olaraq Plovdiv Dəmiryolu vağzalı stansiyasını layihələndirən memara, uğurlu işinə görə Selanik və Ədirnə Dəmiryolu vağzallarını layihələndirmək vəzifəsi də ona həvalə edilmişdi. Ədirnə Dəmiryolu vağzalı ümumiyyətlə 1914-cü ildə tamamlandı. 1908-ci ildə tikintisinə başlanılan Ədirnə Ticarət liseyinin layihələndirilməsi də ona tapşırılmışdı. Memar tərəfindən Sofiya Dəmiryolu vağzalının layihələndirilməsi İkinci Məşrutiyyətdən əvvəl gerçəkləşib.[4]

O, tarixi binaların bərpası və yeni tikililərin layihələndirilməsi ilə maraqlandığı bu dövrdə Osmanlı memarlığını ətraflı araşdırmış, özünəməxsus memarlıq üslubunu formalaşdırmış, milli memarlıq haqqında düşüncələrini inkişaf etdirmişdir.

1910-cu illərin əvvəllərindən ölümünə qədər istər Türkiyədə, xüsusilə İstanbulda, istərsə də xaricdə yeni memarlıq əsərləri ərsəyə gətirmiş, tədqiqat işləri aparmışdır. Əl-Əqsa məscidinin restavrasiyasından ötrü Qüdsdə olan Kəmaləddin bəy Türkiyəyə qayıtdıqdan sonra bütün diqqətini Ankarada qurulan yeni tikililərə cəmləyib.

Memar Kəmaləddin 1927-ci il iyulun 13-də Ankarada beyin qanamasından vəfat edib. Bəyazid məscidi qəbiristanlığında dəfn olunan Kəmaləddin bəyin məzarı 2007-ci ildə yenidən bərpa edilərək xatirə abidəsi əlavə edildi.[5]

Onun qeydləri, o cümlədən memarlıq sənəti ilə bağlı düşüncələri İlhan Təkəli tərəfindən 1997-ci ildə "Memar Kəmaləddinin yazıları" adlı kitab şəklində nəşr edilib. Memar Kəmaləddin bəstəkar İlhan Memaroğlunun atasıdır.

Memar Kəmaləddin bəy XVI əsrdə yaşamış və çox güman ki, Bəyazid məscidinin memarlarından biri olan həmkarı Kəmaləddinlə səhv salınmamalıdır.

  • Əhməd Cavad Paşa türbəsi
  • Əli Rza Paşa türbəsi
  • Ankara Evkaf Mənzil tikintisi (O, tikinti zamanı vəfat edib)
  • Bandırma Heydər Çavuş məscidinin yenidən qurulması[6]
  • Bebek məscidinin tikintisi
  • Bostancı məscidinin tikintisi
  • Çamlıca Qız liseyi inşaatı
  • Çapa Fən liseyi binasının inşaatı
  • Ədirnə Dəmiryolu vağzalı binası
  • Köhnə Çuxurcümə Xanı, indiki Corinne oteli (1911)
  • Eyüb Anadolu liseyinin inşaatı
  • Fəthiyə məscidi Qoca Sənan Paşa mədrəsəsinin bərpası
Plovdiv Dəmiryolu vağzalı binası
20 ₺ əskinası üzərində Memar Kəmaləddinin portreti və onun tikdirdiyi Qazi Universiteti Rektorluq Binası

2009-cu il yanvarın 1-dən tədavüldə olan 20 ₺ əskinasın arxa tərəfində Memar Kəmaləddinin portreti və onun əsas əsərlərindən biri olan Qazi Universiteti Rektorluq Binasının rəsmi var.

Onun həyatı və Ankara sarayının tikintisi prosesi "Ankara sarayının nərdivanları (2023)" adlı romanın mövzusu olub.[8]

  1. 1 2 Kemalettin // Union List of Artist Names (ing.).
  2. 1 2 Swartz A. Kemaleddin Mimar // Open Library (ing.). 2007.
  3. Murat Burak Altınışık, Birinci Ulusal Mimarlık Anlatısına Mimar Kemalettin Bey ve Vedat Tek Üzerinden Eleştirel Bir Bakış Denemesi,
  4. "Trakya üniversitesi rektörlüğü yeni binasına taşınıyor". Hürriyet. 31 Mayıs 2011. 29 Haziran 2019 tarixində arxivləşdirilib.
  5. "Artık Mimar Kemaleddin Bey'in de Bir Dikili Taşı Var". Mimarizm. 16 Temmuz 2007. 29 Haziran 2019 tarixində arxivləşdirilib.
  6. "Görmüş Geçirmiş Bir Bandırma Eseri Haydar Çavuş Camii". Divanyolu Dergisi. 25 Temmuz 2018. 29 Haziran 2019 tarixində arxivləşdirilib.
  7. "The Restoration Project of the Masjid al-Aqsa by Mimar Kemalettin (1922-26)" (İngilizce). Archnet, Leiden Üniversitesi, Brill Publishers. 1996. 23 Şubat 2022 tarixində arxivləşdirilib.
  8. ""Çizgilerle Modern Türkiye Mimarlığı" serisinden Ankara Palas'ın Merdivenleri çıktı". 8 Aralık 2023. 21 Mart 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 Mart 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]