Meridiungulata

Cənubi Amerika dırnaqlıları (lat. Meridiungulata) — plasentalı məməlilərə aid nəsli kəsilmiş heyvan dəstəüstü.

Cənubi Amerika dırnaqlıları
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Meridiungulata

Cənubi Amerikanın kaynazoy erasında cooğrafi izolyasiyası Cənubi Amerika dırnaqlıların nümayəndələri arsında əsaslı şəkildə təbəqələşmənin getməsinə səbəb oldu. Onlar arasında elə növlər var idi ki, müasir at, dəvə və kərgədanların hər birinə xas olan müəyyən xarici görünüşləri özündə əks elətdirirdi. Cənubi Amerika dırnaqlılarının ümumi əlaməti dişlərinin quruluşu və dırnaqlarının mövcudluğu olub. Bu heyvanlar otyeyən olub, yaşayış mühitindən asılı olaraq müxtəlif növ bitkilərlə qidalanıblar.