Merinilər və ya Mərinilər[2] (ərəb. الْمَرِينِيُّون əl-mərīniyyun) — indiki Mərakeşi və 13-cü əsrin ortalarından 15-ci əsrə qədər aralıqlarla Şimali Afrikanın Cəbəllütariq ətrafını və cənubi İspaniyanın bəzi ərazilərini idarə etmiş sülalə. Sultanlıq bərbər əsilli Zənata qəbiləsinə mənsub Merini və ya Bəni Əbdülhaqq sülaləsi kimi tanınan müsəlman ailə tərəfindən idarə olunurdu.[3][4]
Tarixi dövlət | |||
Merinilər | |||
---|---|---|---|
|
|||
|
|||
Paytaxt | Fəs | ||
Dilləri | ərəb dili, Bərbər dili, Ladino | ||
Rəsmi dilləri | |||
Dövlət dini | sünni islam, Roma-Katolik kilsəsi, İudaizm, sufilik | ||
Valyuta | Dinar | ||
İdarəetmə forması | monarxiya | ||
Vikianbarda əlaqəli mediafayllar |
Merinilər Tunis və Sahara ətrafında köçəri və ya oturaq həyat sürmüş və heç bir hakimiyyətin vassallığını qəbul etməmişdilər.[5] Lideriləri Mahyunun ölümündən sonra I Əbdülhaqq dövründə bütün Merini qəbilələrinə çağırışlar edilmiş və 1213-cü ildə Mərakeş ətrafında tam məskunlaşmışlar.[6]
1244-cü ildə Merini hökmdarlarının Əlmüvəhhidi tayfalarını məğlub etməsi ilə Mərakeşdə Merini hakimiyyətinin əsası qoyulmuşdur. Xanədanlıq 14-cü əsrin ortalarında qısa müddətlik bütün Məğrib üzərində hakimiyyət qura bilmişdi.[7] 13-14-cü əsrlərdə Kastiliya və Portuqaliyaya qarşı Əndəlüs və Qranada əmirliklərinə dəstəkləmişdir. Həmçinin Cəbəllütariq boğazının Avropa hissəsinə birbaşa nəzarət etmək üçün səy göstərsələr də Tarif döyüşündəki məğlubiyyətləri və Alhesirasın 1344-cü ildə Kastiliya tərəfindən ələ keçirilməsi ilə bu siyasətləri baş tutmadı.[8]
Merinilər 1465-ci il Mərakeş üsyanı nəticəsində devrildilər və onları Vattasi sülaləsi əvəz etdi.