Metagenez

Metagenez - stratosferin aşağı hissələrində, əsasən, yüksələn temperatur, təzyiqminerallaşmış məhlulların iştirakı ilə çöküntü süxurlarda baş verən dərin mineraloji və struktur dəyişilmələr mərhələsi. Bu mərhələdə ilkin əmələ gəlmiş autigen minerallarıngilli maddənin yenidən kristallaşması, çöküntü süxurların əsas süxurəmələgətirən minerallarının həll olması və kristallaşması prosesləri geniş inkişaf edir. Melanj mərhələsində metamorfizləşmiş çöküntü süxurlar əmələ gəlir: ilkin melanj üçün — gil şistləri, qumdaşları, kvarsit və kvarsit qumdaşları, kristallik əhəngdaşlarıdolomitlər, zəif yağlı kömürantrasitlər; gec melanj üçün isə aspid və fillitəbənzər şistlər, kvarsitlər, kristallik və metamorfikləşmiş əhəngdaşlarıdolomitlər, antrasitlər və qrafitləşmiş antrasitlər səciyyəvidir. Gilli süxurlarda və dənəvər süxurların sementində karbonatların vaxtaşırı iştirakı şəraitində dioktaedrik hidromikalar, serisit (bəzən muskovit), xlorid, kvars və ya stilpiomelanın paragenezisi təzahür edir. Metagenetik dəyişilmələrə məruz qalmış süxurlar çökməmetamofik süxurlar arasında keçid olub, metamorfikləşmiş süxurlar adlanırlar. Vassoeviç (1957) əsl metamorfizm (regional metamorfizm) mərhələsini metagenez adlandırır, lakin onun bu fikri intişar tapmamışdır. Digər müəlliflər isə metagenez müstəqil mərhələ kimi ayırırlar. Straxov (1960), aşınma və əsl metamofizm istisna olunmaqla, metagenez adı altında çöküntü süxurların əmələ gəlməsindən sonrakı bütün dəyişilmələri (diagenez) nəzərdə tutur, yəni başqa sözlə, Metagenez mərhələsinə katagenez və protometamorfizm — başlanğıc metamorfizmi və yaxud digər müəlliflərin ayırdığı əsl Metagenez daxil edir. 

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.