Metqethen qətliamı

Metqethen qətliamı (alm. Massaker von Metgethen‎) — 1945-ci ilin yanvar-fevral aylarında 3000 alman vətəndaşın indiki Rusiyanın Kalininqrad vilayətinin İmeni Aleksandra Kosmodemyanskoqo qəsəbəsi olan keçmiş Şərqi Prussiya Köniqsberqin Menqethen qəsəbəsində Qızıl Ordu tərəfindən edilmiş qətliam.

Metqethen qətliamı
İkinci Dünya müharibəsində Şərq cəbhəsi
Nahaufnahme von den beiden Frauen und den drei Kindern (iki qadın və üç uşağın yaxından şəkli) orijinal başlığı ilə alman fotoşəkili. Konqres Kitabxanasının icazəsi ilə.
Tarix 1945-ci ilin yanvar-fevral ayları
Yeri Metqethen, Köniqsberq, Şərqi Prussiya
Nəticəsi 32-3000 (alman iddiası)
Menqethen ərazisi. Köniqsberq müdafiyəsini və 6-9 aprel arası Sovet hücumunu göstərir.

1945-ci ildə Köniqsberq döyüşü zamanı Samland yarımadasının şimalından hücum edən sovet qüvvələri 30 yanvarda Köniqsberqin qərbindəki Vistula Laqoona (Kalininqrad körfəzi) çatdı. Qaranlıqdan sonra onlar qərbə doğru Groß-Heydekruga doğru irəlilədilər. Alman qüvvələri fevralın 19-da Köniqsberq və Baltik dənizi Pillau limanı arasındakı həyati əhəmiyyətli yolun və dəmir yolu xəttinin yenidən açılması üçün Metqetheni geri aldı. Alman məruzələrinə görə mülki şəxslərin parçalanmış cəsədləri tapıldı. Bu xəbər tez bir zamanda alman təbliğatı ilə yayıldı.

Alman tapıntıları

[redaktə | mənbəni redaktə et]

Alman hərbçiləri tərəfindən qadınların zorlandığını, şikəst buraxıldığını, öldürüldüyünü və 32 mülki şəxsin yerli tennis meydançasında toplayaraq partlayış nəticəsində öldürüldüyü haqqında bir neçə müasir məlumatlar var. [1] Şahidlərin verdiyi xəbərlərdən birində Köniqsberq qala komandirinin keçmiş komandiri Otto Lyaş kapitan Hermann Sommer bunları dedi:[2]

" Mən öz müşahidələrimi 1945-ci il fevralın 27-də Metqehenə rəsmi işlə gələndə etdim. Dəmiryolu keçidindən bir az əvvəl motosikletimi çınqıl çuxuruna atdığımda, binanı yararlılığına görə yoxlamaq üçün arxasında on iki qadının və altı uşağın cəsədlərini tapdım. Hamısı tamamilə soyundurulmuş və topa halda bir yerə yığılmışdı. Uşaqların çoxusunun kəllələri küt alətlə qırılmış və kiçik bədənləri saysız-hesabsız süngü bıçaqları ilə deşilmişdi. Əsasən qırxdan altmış yaşınadək olan qadınlar da bıçaq və ya süngü ilə öldürülmüşdülər. Onların hamısında göy-qara rəngli döyülmə izləri aydın görünürdü. "

Konqres Kitabxanasında yerləşdirilmiş 26 fotoşəkil albomu var, örtük adı Bildbericht über von den Bolschewisten ermordete und geschändete Deutsche in Metgethen (Metqethendə bolşevistlər tərəfindən qətlə yetirilərək alçaldılmış almanlar haqqında şəkil reportaj). Qapağındakı bir mürəkkəb möhürə görə bu albom əvvəllər Köniqsberqdəki Sicherheitspolizei komandirinin kabinetində verilmişdir.[3]

  1. Quoted with translations by Zayas, A Terrible Revenge (1994)
  2. Spieler (ed.), Vertreibung und Vertreibungsverbrechen (1989), p. 147
  3. Library of Congress, Prints and Photographs Division, LOT 2280 Arxivləşdirilib 2021-03-10 at the Wayback Machine, loc.gov; accessed 22 January 2015.
  • Jürgen Thorwald: Die große Flucht: Es begann an der Weichsel. - Das Ende an der Elbe. Stuttgart: Steingrüben, 1963 (= Das moderne Sachbuch, 7), p. 167
  • Silke Spieler (ed.): Vertreibung und Vertreibungsverbrechen, 1945 - 1948. Bericht des Bundesarchivs vom 28. Mai 1974, Archivalien und ausgewählte Erlebnisberichte.Bonn: Bundesarchiv Koblenz & Kulturstiftung der Deutschen Vertriebenen, 1989, ISBN 3-88557-067-X, p. 146-147
  • Michael Wieck: Zeugnis vom Untergang Königsbergs: ein "Geltungsjude" berichtet. 3., verb. Aufl., Heidelberg: Schneider, 1989, ISBN 3-7953-0390-7, p. 175-176
  • Alfred-Maurice de Zayas: A Terrible Revenge: The Ethnic Cleansing of the East European Germans. New York: St. Martin's Press, 1994, ISBN 0-312-12159-8, p. 40-41