Otto Lyaş (alm. Otto Lasch) — II Dünya Müharibəsi illərində Vermaxtın 64-cü Ordu Korpusuna komandanlıq edən alman generalı. O, həmçinin palıd yarpaqlı Dəmir Xaçlı Cəngavər Xaçı ilə təltif olunub.
Otto Bernard Lyaş | |
---|---|
alm. Otto Lasch | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Pşina, Yuxarı Sileziya Almaniya İmperiyası |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Bonn, ADR |
Dəfn yeri |
|
Vətəndaşlığı | Almaniya |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Alman |
Qoşun növü | Heer |
Hərbi hissə | 64-cü ordu |
Xidmət illəri |
1914-1918 (Almaniya İmperiyası) 1919-1933 (Veymar Respublikası) 1933-1945 (Üçüncü Reyx) |
Rütbəsi | Piyada generalı |
Döyüşlər | |
Təltifləri |
9 aprel 1945-ci il tarixli əmri ilə bütün rütbələrdən və mükafatlardan məhrum edilmişdir. |
Vikianbarda əlaqəli mediafayllar |
Birinci Dünya Müharibəsindən sonra Lyaş Şərqi Prussiyanın Lyuk şəhərində yerləşən Freykorpsda xidmət etmişdi.[1] 1935-ci ildə Vermaxta qatıldı və daha sonra 1941-ci ilin iyununda Riqanın tutulmasında əsas rol oynayaraq Barbarossa əməliyyatında iştirak etdi.[2] Piyada generalı [3] rütbəsinə yüksəldi və 1944-cü ilin noyabr ayından etibarən Şərqi Prussiyada Köniqsberq komandiri olaraq fəaliyyət göstərdi. Köniqsberq qala komendantı olaraq şəhərin qorunması və irəliləyən Qızıl Ordunun hücumundan qaçan qaçqın seli arasında nizamın qorunması üçün məsuliyyət daşıyırdı. İvan Çernyaxovskinin rəhbərliyindəki 36 divizyadan ibarət olan 3-cü Belorusiya Cəbhəsi tərəfindən Köniqsberq döyüşü zamanı ağır döyüşlərdən və üç aylıq şəhər mühasirəsindən sonra Lyaş Hitlerin əmrlərinə itaət etmədən Köniqsberqi 9 aprel 1945-ci ildə Qırmızı Orduya təslim etdi. Bu təslimdən sonra Hitler onun asılaraq edam olunmasına əmr verdi,[4] ailəsi o vaxt Danimarka və Berlində həbs edildi.[5] Laş Sovet əsirliyinə keçdi və Sovet İttifaqında müharibə cinayətkarı olaraq məhkum edildi və iyirmi beş il islah əmək düşərgəsində cəzaya məhkum edildi. 1955-ci ilə qədər azad edilmədi.[6] Laş Bonnda 1971-ci ildə vəfat etdi.
Lyaş So fiel Königsbergi yazmışdi. Kampf und Untergang von Ostpreußens Hauptstadt 1958-ci ildə çap olunmuşdur. 1965-ci ildə Zuckerbrot und Peitschei Sovet hərbi əsiri olaraq keçirdiyi illəri haqqında yazmışdır.