Bu məqaləni vikiləşdirmək lazımdır. |
Meyci islahatı (yap. 明治維新 Meyci işin) — eləcə də Meyci yenilənməsi və Meyci inqilabı kimi tanınan, Yaponiyada 1868-1889-cu illərdə keçirilən, geriyə qalmış aqrar ölkəni dünyanın aparıcı ölkələrindən birinə çevirən,sosial-iqtisadi, siyasi, hərbi islahatlar kompleksi.
Samuray şoqun idarəçilik sistemindən birbaşa, imperator Mutsuxitonun və onun hökumətinin timsalında, imperator idarəsinə keçid idi. İslahat dövlət quruluşuna, qanunvericiliyə, İmperator sarayına, əyalət inzibatçılığına, maliyə, sənaye, diplomatiya, təhsil, din və yaponların həyatının başqa sahələrinə ehəmiyətli dərəcədə təsir etdi. Yeni dövr yapon milli dövlətçiliyinin formalaşması və yapon milli identikliyinin yaranması Meyci islahatı ilə bağlıdır. Meyci illəri ənənəvi yapon həyat tərzinin sınması və qərb sivilizasiyasının nailiyətlərinin sürətlləndirilmiş tədbiqi ilə səciyələnir. Buna görə Meyci islahatını bəzən Meyci inqilabı da adlandırırlar.