Mezoamerikan dilləri

Mezoamerikan dilləri — Mezoamerika bölgəsində( indiki Meksika, Qvatemala, Beliz, Honduras və Salvadorun bir hissəsində) qədim xalqlar tərəfindən danışılan yerli dillərin bir qrupudur.[1] Bu dillər geniş dil ailələrinə aiddir və çoxəsrlik tarixi və mədəni irsə malikdirlər.

Mezoamerikan dilləri
Takson
Areal
Təsnifat
Kateqoriya ???
indigenous language[vd]
Indigenous languages of the Americas[vd]
Mezoamerikan dilləri
Tərkib
Dil qrupunun kodları
ISO 639-2
ISO 639-5
Maya qlifləri, Palenque, Meksikadakı Museo de sitioda stükkoda. Yerli Mezoamerikan yazı sistemində yazılmış Mesoamerikan dilində mətn nümunəsi.
100.000-dən çox danışan ilə Meksikanın dil qrupları

Dil ailələri Uto-Aztek dil ailəsinə, Maya dil ailəsinə, Mixtek-Zapotek dillərinə, Totonaq, Otomang, Mixe-Zoque, Purhepeça və Tequistlatek dillərinə bölünür.[2][3]

Uto-Aztek dilləri Mərkəzi Meksikadan ABŞ-ın qərb hissələrinə qədər uzanan geniş coğrafiyada danışılan böyük bir dil ailəsidir. Bu dil ailəsi adını iki əsas qolundan alır: Ute dilləri(ABŞ-ın cənub-qərbində danışılan) və Aztek dilləri(Meksika bölgəsində danışılan). Uto-Aztek dilləri tarixi cəhətdən həm Şimali, həm də Mərkəzi Amerikada çox geniş yayıldığı üçün bu bölgələrin ən vacib dil ailələrindən biri sayılır.[4]

Mezoamerikan dilləri dil quruluşu baxımından zəngindir və bəzi dillər mürəkkəb qrammatikaya və geniş səs sisteminə malikdir. Bu dillərdən bəziləri müasir dövrdə də istifadə olunur, amma bir çoxu itmək təhlükəsi ilə üz-üzədir. Uto-Aztek dil ailəsinin ən məşhur dili Nahuatl dilidir, Meksikanın geniş ərazilərində yayılmışdır. Uto-Aztek dilləri həm şimalda ABŞ ərazisində danışılan dilləri, həm də cənubda Meksika və Orta Amerikadakı dilləri əhatə edir. Maya dil ailəsi Yukatan yarımadası, Qvatemala, BelizeHondurasda geniş yayılıb. Ən tanınmış dilləri Yukatek Maya, Kiçe, Qeqçi, Tzeltal, Tzotzildir.

Otomanq dil ailəsi Mərkəzi Meksikada danışılan qədim dillərdən biridir və böyük tarixi əhəmiyyətə malikdir. Əsas dilləri Otomi, Mazahua, Mixtec, Zapotekdir.[5]

Mixe-Zoque dil ailəsi əsasən Meksikanın cənub-şərq bölgələrində danışılır. Mixtec və Zoque dilləri ən tanınmış nümayəndələridir. Totonaq-Tepehua dil ailəsinə aid dillər Meksikanın şimal-şərqində, Veracruz və Puebla əyalətlərində danışılır. Əsas dilləri Totonaq və Tepehuadır.[6][7]

Bu dil ailələri sırasında qrammatik quruluş və fonologiya baxımından oxşarlıqlar olsa da, hər biri özünəməxsus xüsusiyyətlərə malikdir. Mezoamerikan dillərinin ortaq cəhətlərindən biri, mürəkkəb səs sistemi və qrammatikanın çoxsəviyyəli olmasıdır.[8]

Cari paylama xəritəsi

[redaktə | mənbəni redaktə et]
Mezoamerikan dillərinin geopaylanması


  1. SIL international description of the use of the word "dialecto" in popular speech Arxiv surəti 3 may 2010 tarixindən Wayback Machine saytında  (isp.)
  2. "Mezoamerika". 2023-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-14.
  3. "Mezoamerikan giriş". 2023-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-14.
  4. Kaufman, Terrence, (2001) "Nawa Linguistic Prehistory", paper published at website of the Mesoamerican Language Documentation Project Arxiv surəti 3 mart 2016 tarixindən Wayback Machine saytında
  5. Campbell (1997), p. 165. The earliest proposal (Sapper 1912) which identified the Chiapas-Guatemalan highlands as the likely "cradle" of Mayan languages was published by the German antiquarian and scholar Karl Sapper; see attribution in Fernández de Miranda (1968), p. 75.
  6. Taylor, Robert W.; Vanden, Harry E. "Defining Terrorism in El Salvador: "La Matanza"". The Annals of the American Academy of Political and Social Science. Sage Publications, Inc. 463. 1982: 106–118. doi:10.1177/0002716282463001009. JSTOR 1043615. 4 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 August 2022.
  7. Suárez 1983 pp. 167–68
  8. Kaufman, Terrence, (2001) "Nawa linguistic Prehistory", paper published at website of the Mesoamerican Language Documentation Project Arxiv surəti 3 mart 2016 tarixindən Wayback Machine saytında