Mişel İdalqo

Mişel İdalqo (fr. Michel Hidalgo; 22 mart 1933[1][2][…]26 mart 2020[3][4][…]) — Fransa futbolçusu və məşqçi. O, 1976-cı ildən 1984-cü ilə qədər Fransa milli futbol komandasının baş məqşçisi olmuşdur və onunla doğma ölkədə keçirilən UEFA Avro 1984-ün qalibi olmuş və həmçinin 1982 FİFA Dünya Kubokunun yarımfinalına qədər irəlliyə bilmişdir. İdalqo 26 mart 2020-ci ildə 87 yaşında Marseldə vəfat etdi.[5][6]

Mişel İdalqo
fr. Michel Hidalgo
25 mart 1981-ci ildə 1982 FİFA Dünya Kuboku seçmə mərhələsinin Niderlanda qarşı oyunundan sonra Fransa baş məşqçisi postundaikən Mişel İdalqo
25 mart 1981-ci ildə 1982 FİFA Dünya Kuboku seçmə mərhələsinin Niderlanda qarşı oyunundan sonra Fransa baş məşqçisi postundaikən Mişel İdalqo
Ümumi məlumatlar
Doğum tarixi 22 mart 1933(1933-03-22)[1][2][…]
Vəfat tarixi 26 mart 2020(2020-03-26)[3][4][…] (87 yaşında)
Vətəndaşlığı
Boyu 168 sm
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Gənclik karyerası
0000
Klub karyerası[* 1]
1952—1954 Fransa Havr 47 (13)
1954—1957 Fransa Reyms 66 (23)
1957—1966 Fransa Monako 301 (31)
Milli yığma[* 2]
1962 Fransa Fransa 1 (0)
Məşqçisi olduğu klublar
Fransa Monako (əvəzedici heyət)
Fransa Menton oyunçu-məşqçi
Fransa Monako (əvəzedici heyət)
Fransa Fransa (köməkçi)
1976—1984 Fransa Fransa
1986—1991 Fransa Marsel (futbol direktoru)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

İdalqonun atası ispan əsilli idi, anası isə fransız. O, Fransanın şimalında doğulmuş və Normandiyada böyümüşdür və burada futbol oynamağa başlamışdır. O, Meksikalı patriot Migel İdalqo i Kostilyanın şərəfinə adalandırılmışdır. Yarımmüdafiəçi mövqeyində oynamış İdalqonun gənclik klubu "US Normandiya" olmuşdur. Daha sonra o, iki mövsüm "Havr" klubunda keçirtdi və daha sonra "Reyms" klubuna transfer olundu. "Reyms"in heyətində o, "Real Madrid"ə qarşı keçirilən və 4–3 hesablı məğlubiyyətlə bitən 1956 Çempionlar Kuboku finalında qol vurmuşdur, bundan başqa 1955-ci ildə klubla liqanın qalibi oldu.[7][8]

Futbolçu karyerasında son klub olan "Monako" ilə o, 2 dəfə liqa və 2 ölkə kubokunun çempionu oldu.

Milli komanda karyerası

[redaktə | mənbəni redaktə et]

Beynəxalq səviyyədə o, Fransa millisini bir dəfə, 1962-ci ildə İtaliya komandasına qarşı yoldaşlıq oyununda təmsil etmişdir.[9]

Məşqçi karyerası

[redaktə | mənbəni redaktə et]

İdalqo 1967-ci ildə Monakonun ikinci komandasını çalışdırmağa başlamış və 1968–1969-cu illərdə "Menton" klubunda oyunçu-məşqçi olmuşdur.

27 mart 1976-cı ildə, Fransanın böyük turnirlərdə çətinlik çəkdiyi bir vaxtda o, köməkçisi olduğu Ştefan Kovaçın yerinə Fransa millisinin baş məşqçisi təyin edildi. Onun əlində pleymeyker mövqeyində oynayan və kapitan olan Mişel Platini var idi, hansınla ki o, Fransa futbol tarixində yeni bir səhifə açmağa və qələbə yoluna qayıtmağa nail olmuşdur. 1978 FİFA Dünya Kubokunun birinci raundunda məğlub olduqdan sonra o, komanda ilə 1982 FİFA Dünya Kubokunda yarımfinala qədər gələ bilsə də bu mərhələdə penalti seriyasından (əlavə vaxtdan sonra hesab 3–3 olmuşdur) sonra Qərbi Almaniya komandasına uduzdu; sonda Fransa turniri 4-cü yerdə başa vurdu. 1984-cü ildə o, doğma ölkəsində keçirilən UEFA Avro 1984-də zəfər qazandı, komanda Parisdəki finalda 2–0 hesabı ilə İspaniyaya qalib gəldi; bu, Fransanın ilk böyük beynəlxalq titulu idi. Bu dövrdə Fransa millisinin göstərdiyi maraq doğuran hücum tərzi mətbuatda "şampan futbolu" kimi tanınırdı. İdalqo həmçinin Fransanın "carré magique" (sehrli kvadrat) ləqəbli dörd (Mişel Platini, Alan Jiress, Jan TiqanaLuis Fernandes) yaradıcı və istedadlı futbolçulardan ibarət yarımmüdafiə xəttinin banisi hesab olunur.[7][8][10][11][12]

Qələbədən sonra vəzifəni köməkçisi Anri Mişelə təhvil verdi və millinin texniki direktor vəzifəsinə işə başladı və burada 1986-cı ilə qədər qaldı, sonra "Marsel"də məşqçi təyin olundu.

Məşqçi statistikası

[redaktə | mənbəni redaktə et]
Komanda Başalnğıc ili Sonuncu il Göstəricilər
O Q HH M Qələbə %
Fransa 1976 1984 75 41 15 19 05.467
Cəmi 75 41 15 19 05.467

O, 26 mart 2020-ci ildə, bir xəstəliklə uzun sürən mübarizədən sonra, 87 yaşında, Marseldə vəfat etdi.[7][8]

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Reyms

Monako

  • Fransa divizyonu 1: 1960–61, 1962–63
  • Fransa kuboku: 1959–60, 1962–63
  • Fransa Superkuboku: 1961

Fransa[8]

  1. 1 2 Michel Hidalgo // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Fichier des personnes décédées.
  3. 1 2 Michel Hidalgo, emblématique sélectionneur de l'équipe de France de football, est mort (fr.).
  4. 1 2 Michel Hidalgo // Mundo Deportivo (isp.). Barcelona: Grupo Godó, 1906. 67639 nüs. ISSN 2014-0548
  5. "France's Euro '84 winning coach Michel Hidalgo dies aged 87". BBC Sport. 26 March 2020. 16 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2020.
  6. "France's Euro 1984-winning coach Michel Hidalgo dies aged 87". Ryan Benson. Goal.com. 26 March 2020. 7 December 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 March 2020.
  7. 1 2 3 "French football mourns coaching great Hidalgo". UEFA.com. 26 March 2020. 17 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 September 2020.
  8. 1 2 3 4 "Morto Hidalgo, profeta del "calcio champagne": vinse l'Europeo '84 da c.t. della Francia". La Gazzetta dello Sport (Italian). 26 March 2020. 31 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2020.
  9. "Michel Hidalgo, the first "winner" in French football, dies - France 24". Teller Report. 26 March 2020. 1 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2020.
  10. "Francia, morto Michel Hidalgo: è stato il ct del calcio champagne". La Repubblica (Italian). 26 March 2020. 31 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2020.
  11. "Venerable Hidalgo relives Reims heyday". FIFA.com. 10 July 2012. İstifadə tarixi: 26 March 2020.[ölü keçid]
  12. D'Orsi, Enzo. "CALCIO - Francia" (Italian). Treccani: Enciclopedia dello Sport (2002). 22 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 March 2020.