Miftahəddin Ağmolla (başq. Аҡмулла, qaz. Ақмолла, tatar. Акмулла; 14 (26) dekabr 1831, Tuksanbayevo[d], Orenburq quberniyası[d][1] – 8 (20) oktyabr 1895, Sırostan[d], Orenburq quberniyası[d]) — başqırd şairi, maarifçi.
Miftahəddin Ağmolla | |
---|---|
Doğum tarixi | 14 (26) dekabr 1831 |
Doğum yeri |
|
Vəfat tarixi | 8 (20) oktyabr 1895 (63 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | şair |
Vikianbarda əlaqəli mediafayllar |
Miftahəddin Ağmolla 26 dekabr 1831-ci ildə tarixində Rusiya imperiyasının Tuksanbayevo kəndində (indiki Başqırdıstanda) anadan olmuşdur. O, mədrəsə təhsili almış, müəllimlik etmişdir. Ağmolla "Türki" dilində yazmışdır. Onun qazax dilində də şeirləri var. Ağmolla şeirlərində zəhmətkeşlərin arzu və istəklərinin, ədalət və humanizm ideyalarını tərənnüm etmiş, xalqı maarifə çağırmış, bay və mollaları satira atəşinə tutmuşdur. O, kəskin sosial-tənqidi şeirlərinə görə təqib olunmuş, dörd il Troitsk həbsxanasında saxlanılmışdır. Ağmolla çarizmin əlaltıları tərəfindən öldürülmüşdür. O, 20 oktyabr 1895-ci il tarixində Sırostan kəndində vəfat etmiş, Miassda dəfn edilmişdir.[2]
Ağmollanın əsərləri yalnız ölümündən sonra, 1904-cü ildə toplu halında çap olunmuşdur. 1911–1916-cı illərdə Orenburq quberniyasının Troitsk şəhərində şairin adı ilə "Ağmolla" satirik jurnalı nəşr edilmişdir. Onun anadan olmasının 150 illiyi qeyd olunmuş, 1981-ci ildə Miassda qəbirüstü abidəsi qoyulmuşdur.[2]