Mikаyıl Qulubəyov

Qulubəyov Mikayıl Rəhim bəy oğlu (30 mart 1915, Mollavələdli, Goranboy rayonu19 iyun 1983, Kirovabad) — kimya elmləri doktoru, professor, Böyük Vətən Müharibəsi veteranı.

Mikаyıl Qulubəyov
Mikаyıl Rəhim bəy oğlu Qulubəyov
Doğum tarixi 30 mart 1915(1915-03-30)
Doğum yeri
Vəfat tarixi 19 iyun 1983(1983-06-19) (68 yaşında)
Vəfat yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Elmi dərəcəsi
İş yeri
Təhsili
Mükafatları "İgidliyə görə" ordeni "İgidliyə görə" ordeni Qəhrəmanlıq medalı

Mikayıl Qulubəyov 1915-ci ildə Yelizavetpol qəzasının Mollavələdli (indiki Goranboy rayonunun Şəfəq) kəndində anadan olmuşdur. Atasi Rəhim Qulubəyov əməkdar müəllim, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunudur. Mikayıl Qulubəyov ibtidai təhsilini atasından almışdır. Quba Kənd Təsərrüfatı Texnikumu, indiki Quba Dövlət Sosial-İqtisadi Kolleci (1933), Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1939).

S. Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) üzvi kimya kafedrasında assistent işləmiş (1940–1942), 1942-ci ilin mart ayında ordu sıralarına çağırılmış, hərbi məktəbi vaxtından əvvəl bitirmişdir.

Müharibə illəri

[redaktə | mənbəni redaktə et]

Stalinqrad uğrunda vuruşlarda iştirak etmişdir (1942-ci ilin sonunda). Döyüşlərin birində yaralı halda əsir düşmüş, Almaniyaya, oradan İtaliyaya, daha sonra Yuqoslaviyaya sürgün olunmuşdur.

Sağaldıqdan sonra əsirlikdən qaçıb (1943-cü ilin əvvəlində) azadlıq hərəkatına qoşularaq Mehdi Hüseynzadəyə yaxından kömək göstərir və onunla çiyin-çiyinə partizanlıq edir. Onun partizan ləqəbi "Doktor Mişa" idi. Yuqoslaviya hökuməti tərəfindən yüksək qiymətləndirilmişdir. O, Yuqoslaviyanın iki "Qəhrəmanlıq ordeni" ilə və "Qəhrəmanlıq medalı" ilə təltif edilmişdir. Müharibədən sonra Mikayıl bəy S. Ağamaolıoğlu adına AKTİ-də öz işini davam etdirmiş, kimya elmləri namizədi, sonra isə professor adını almışdı. Ömrünün sonunadək kafedra müdiri vəzifəsində işləmişdi.

Mikayıl Qulubəyov 1983-cü ildə vəfat edib.

  • Ənvər Çingizoğlu. Mollavələdli və mollavələdlilər. "Soy" dərgisinin özəl nəşri, Bakı: 2004, səh.56–57.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]