Mikayıl Yusifov

Mikayıl Yusifov (d. 24 aprel 1982, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı sabiq futbolçu. Qapıçı mövqeyində çıxış etmişdir. Bir neçə Azərbaycan klubu ilə yanaşı xaricdə Türkiyənin "Qartalspor" klubunda da oynamışdır.

Mikayıl Yusifov
Ümumi məlumatlar
Doğum tarixi (42 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Boyu 185 sm
Mövqeyi qapıçı
Klub haqqında məlumat
Klub karyerasını bitirib
Karyerası
Gənclik karyerası
1990—lar Azərbaycan "Şəfa"
Klub karyerası[* 1]
1998–2004 Azərbaycan "Şəfa" 35 (0)
2004–2005 Azərbaycan MOİK 28 (-29)
2005–2007 Azərbaycan "Xəzər-Lənkəran" 17 (-13)
2007–2008 Türkiyə "Qartalspor" 3 (0)
2008–2009 Azərbaycan "Standard" (Bakı) ? (0)
2009 Azərbaycan "Muğan" 3 (-10)
2012 Azərbaycan "Turan" 2 (-2)
Milli yığma[* 2]
2003—2005 Azərbaycan Azərbaycan 3 (?)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Mikayıl Yusifov 24 aprel 1982-ci ildə Bakıda anadan olub.

Əkiz qardaşı Rafael Yusifov da futbolçu olmuş, amma zədə səbəbindən karyerası tez başa çatmışdır[1].

Mikayıl dövrünün ən istedadlı qapıçılarından biri hesab olunsa da, karyerası uğurlu alınmamışdır[1].

Klub karyerası

[redaktə | mənbəni redaktə et]

O, peşəkar futbola "Şəfa"da 1998-ci ildə başlayıb[1]. "Şəfa"da oynadıqdan sonra hərbi xidmətlə əlaqədar MOİK-də çıxış edib[1]. Ardınca, 2005-ci ildə “Xəzər-Lənkəran”a keçib, 2 il Lənkəran təmsilçisinin uğurları üçün çalışıb[1]. Arada 1 ili - 2007/2008 mövsümünü ölkə xaricində - Türkiyənin "Qartalspor" klubunda keçirmişdir[2].

Mikayıl 2008-ci ildə "Muğan"la anlaşıb[1]. 3 oyunda 10 qol buraxması Mikayılın bu dəfə nəinki klubdan, ümumiyyətlə futboldan ayrılmasına səbəb olub[1]. 2012/13-cü il mövsümündə cəmi 2 oyunda "Turan"da görünür[1].

Karyerasını bitirdikdən sonra Almaniyaya getmişdir[1].

Milli komanda karyerası

[redaktə | mənbəni redaktə et]

Braziliyalı mütəxəssis Karlos Alberto Torresin dövründə milli komandaya dəvət olunmuşdur[3]. İlk oyununu 23 fevral 2005-ci ildə yoldaşlıq oyunu çərçivəsində Trinidad və Tobaqo yığmasına qarşı keçirmişdir[4]. O, debüt oyununda qapıçı Rauf Mehdiyevi 46 dəqiqədə əvəz edərək, ikinci hissədə meydanda olmuş və bir top buraxmışdır[4].

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]