'Karlos Alberto "Kapita" Torres, (port. Carlos Alberto Torres, və ya sadəcə Karlos Alberto, Üçüncü Captain və ya Karlos Alberto, Professor'; 17 iyul 1944[1][2], Rio-de-Janeyro[1] – 25 oktyabr 2016[3][4], Rio-de-Janeyro[1]) keçmiş braziliyalı futbolçu, mərkəz müdafiəçisi, Azərbaycan milli komandasının sabiq baş məşqçisi.
Karlos Alberto "Kapita" Torres port. Carlos Alberto "Capita" Torres | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
port. Carlos Alberto Torres | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Rio-de-Janeyro, Braziliya | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | (72 yaşında) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat yeri | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | Braziliya | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 180 sm | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 77 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | müdafiəçi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Karyerasına 1963-cü ildə Fluminense klubunda başlamışdır. Ondan sonra Santos və Flamenqoda oynamış, daha sonra ABŞ-də çıxış etmişdir. Karyerasının ən yaxşı illərini 1965-1974 cü ilərdə Santosda keçirmişdir. Klub karyerası ərzində 743 oyuna 64 qola imza atmışdır. Futbolçu kimi 1 dəfə Braziliya, 3 dəfə Rio, 4 dəfə San-Paulu ştatı çempionu və 3 dəfə ABŞ çempionu olmuşdur. 1964-cü ildən Braziliya millisində oynamağa başlayan Torres 1970-ci ildə Braziliya milli futbol komandasının heyətində dünya çempionu olmuşdur. Həmin çempionatda komandasının kapitanı idi. XX əsr simvolik futbol yığmasının heyətinə daxildir. Bəzi mütəxəssislərin fikrincə Karlos Alberto 1970-ci il dünya çempionatının final oyununda futbol tarixində ən yaxşı qola imza atmışdır. 1964-1977 ci illərdə Braziliya millisində 53 oyunda 8 qol vurmuşdur. Futbol kralı Pele ilə illərlə həm "Santos" klubunda, həm də Braziliya millisində oynayaraq böyük uğurlar qazanmışdır. 1982-ci ildə futbolçu karyerasını bitirmişdir.
Məşqçilik karyerasında əsasən Braziliya klublarının baş məşqçisi olan Torres debüt ili 1983-cü ildə Flamenqo, 1995-ci ildə Fluminense ilə Braziliya çempionu olmuşdur. 2000-ci ildə Oman millisinin baş məşqçisi olmuşdur. 2004-2005 ci illərdə Azərbaycan milli futbol komandasının baş məşqçisi və ilk əcnəbi məşqçisi olmuşdur. Debüt oyununda səfərdə İsrail millisinə komandamız 0:6 hesabı ilə uduzmuşdur. 4 iyun 2005-ci ildə Bakıda Azərbaycan millisinin Polşa millisinə 0:3 hesablı məğlubiyyətindən sonra hakimlə sərt mübahisə etmiş və postundan ayrılmışdır. Bundan sonra məşqçilik karyerasına son qoymuş, futbol şərhçisi, menecer, seleksiyaçı, federasiyada çalışmışdır.
Ümumilikdə Karlos Alberto rəhbərliyi altında komandamız 18 oyunda yığmamızı meydana çıxarmışdır. 2 oyunda - Qazaxıstanla səfər və Özbəkistanla ev matçlarında yoxlama görüşlərində qələbə qazanmışdır. Ümumilikdə Torresin rəhbərliyi ilə yığmamız 18 oyunda 2 qələbə, 6 heç-heçə, 10 məğlubiyyət almışdır. Yığmamız 12 qol vurub, 36-nı buraxmışdır. Oyunların siyahısı bunlardan ibarət idi:
Uzun illər ürək xəstəliyindən əziyyət çəkən mütəxəssis 25 oktyabr 2016-cı ildə Rio-de-Janeyroda 72 yaşında qəfildən ürək çatışmazlığından vəfat etmişdir.[5]