Turan Tovuz FK — Tovuz şəhərini təmsil edən Azərbaycan futbol klubu. Azərbaycan Premyer Liqasında çıxış edir. 23 fevral 1992-ci ildə təsis olunan komanda, ev oyunlarını 6.500 tamaşaçı tutumuna malik Tovuz şəhər stadionunda keçirir.[1]
Turan Tovuz FK | |||
---|---|---|---|
Ölkə | Azərbaycan | ||
Ləqəb(lər) | Boz qurd | ||
Rəng(lər) | Göy-qırmızı | ||
Yaranma tarixi | 1992 | ||
Stadionu | Tovuz şəhər stadionu | ||
Tutumu | 6500 | ||
Prezidenti | Ehtiram Quliyev | ||
Baş məşqçisi | Qurban Berdiyev | ||
Liqa | Azərbaycan Premyer Liqası | ||
2023-24 | 6 | ||
| |||
Rəsmi saytı |
"Turan Tovuz" bir dəfə Azərbaycan Çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. 1994-cü ildə UEFA Kubokunda iştirak etməklə, Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil edən komanda kimi tarixə düşüb.[2]
10 oktyabr 2014-cü il tarixinə qədər Turan-T adlanan klub bu tarixdən etibarən adını dəyişib. Klub bu tarixdən sonra "Turan-Tovuz" adını daşıyacağını açıqlayıb və bununla bağlı müvafiq sənədləri Peşəkar Futbol Liqasına təqdim edib.[3] Müvafiq sənədlər təqdim edildikdən sonra PFL klubun adının dəyişdirildiyini elan etmişdir.[4]
"Turan" UEFA bayrağı altında keçirilən və Azərbaycan klublarının qatıldığı 5 qitə turnirinin 1-də, ümumilikdə 1 dəfə iştirak edib.
Mənbə: uefa.com
Son yenilənmə: 30 avqust 2010
Turnir | İştirak | Oyun | Q | H | M | T/F | T/B |
---|---|---|---|---|---|---|---|
UEFA Kuboku | 1 | 2 | 0 | 0 | 2 | 0 – 7 | -7 |
Cəmi | 1 | 2 | 0 | 0 | 2 | 0 – 7 | −7 |
Mövsüm | Turnir | Mərhələ | Rəqib | I oyun | II oyun | Nəticə |
---|---|---|---|---|---|---|
1994/1995 | UEFA Kuboku | I t/m. | Fənərbaxça | (s) 0:5 | (e) 0:2 | 0–7 |
Azərbaycanı Avropa kuboklarında ilk dəfə "Turan" təmsil etmişdir.
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) 2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 158 xal ilə Azərbaycan klubları arasında 7-ci, dünyada isə 611-ci pillədə başa vurmuşdur[5].
Musiqisi: Faiq Sücəddinov
Sözləri: İsmayıl Dadaşov
Artır şanı-şöhrəti milli futbolumuzun,
Heç vaxt unutma, "Turan", sən fəxrisən Tovuzun.
Dağlardan vüqar al sən,
Zirvələrə ucal sən,
Ey doğma komandamız,
Adına layiq ol, sən.
Nəqərat:
Hər zaman yaşa, "Turan",
Hər biriniz qəhrəman,
Sizinlə qürur duysun
Yurdumuz Azərbaycan!
Yüksəkliklər gözləyir, həmişə gedin öndə,
Qələbə sizin olsun rəqiblərin önündə.
Dağlardan vüqar al sən,
Zirvələrə ucal sən,
Ey doğma komandamız,
Adına layiq ol, sən.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |