Bu məqalənin mətnini Azərbaycan dilinə uyğunlaşdırmaq lazımdır. |
Filip Andre "Mikki" Rurk Jr. (16 sentyabr 1952[1], Skenektadi[d], Nyu-York ştatı) amerikan Oskar-namizədi aktyoru ve boksçusudur. 80-ci illərdə Rurk, Nahar, Döyüş Balığı, 9,5 Həftə, Əjdaha İli, Mələyin Qəlbi, Barfly, Ölənə Dua, Gözəl Conni kimi filmlərdə rol alaraq birinci sinif aktyor statusuna gəldi və həmçinin dünyada məşhurluq qazandı. Həmçinin kirtiklərdə onun barəsində yaxşı fikirlər bildirdilər. Ancaq 1990-cı illərdə o, Vəhşi Orxideya,Ümidsiz Saatlar, Xarli Devidson ve Kavboy Marlboro kimi filmləri məşhurluq qazansada kritiklər tərəfindən pislənildi, hətta Vəhşi Orxideya filmi ona Ən Pis Aktyor namizədliyi gətirdi. Rurk bu vaxtlar aktyorluğun darıxdırıcı olduğunu bildirərək, boksa başlamış, peşəkar boks üzrə 3–4 il döyüşmüşdür. Əslində uşağlığında boks çempionu olmuş Rurk, təəssüf ki, bu vaxtlarda həyatı pis getdi. Həyat yoldaşı ilə olan problemlər və pulunun azalması bir yana, təkrar aktyorluğa qayıdan Rurk, yaxşı filmlərdə çox rol ala bilmirdi. Həmçinin alkoqol, narkotik, ve döyüşdə aldığı zərbələrdən ötəri, daha sonra etdiyi plastik əməliyatlar Mikkinin sifətini daha da pisləşdirdi. Mikki, 2000-ci illərdə təkrar kino biznesində yaxşı işlər almağa başladı və "Bir dəfə Meksikada", "Heyvan fabriki", "Qəzəb" və "Günahlar şəhəri" filmləri ilə təkrar öz məşhurluğuna qayıddı. Çıxan son filmi "Güləşçi" adlanır və film Venesiya Film Festivalinda mükafat aldı. Rurk, İrlandiya kökündən gəlir, hətta dini bir film olan Françesco filmindən aldığı bütün pulu İrland Ordusuna bağışlamışdı.
Mikki Rurk | |
---|---|
ing. Mickey Rourke | |
Doğum adı | Philip Andre Rourke, Jr. |
Doğum tarixi | 16 sentyabr 1952[1] (71 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Fəaliyyəti | kino aktyoru, boksçu, ssenarist, xarakter aktyoru[d], televiziya aktyoru, film prodüseri, model[d] |
Fəaliyyət illəri | 1979-cu ildən |
Təhsili |
|
Mükafatları | |
IMDb | ID0000620 |
Vikianbarda əlaqəli mediafayllar |
Məşhur aktyor 2009-cu ildə "Güləşçi" filmindəki rolu ile Oskar ve SAG mükafatlarına namizəd gösterilmiş hətta BAFTA, Qızıl Qlobus və Müstəqil Ruh mükafatını isə qazanmışdır. Ancaq Oskar mükafatını baxmayaraq ki Şon Penn qazandı, Penn səhnədə Mikkidən bəhs etmiş və onun üçün "o mənim qardaşımdır" ifadəsini də işlədmişdir.
Rurk, Xarvey Keitel, Kristofer Uoken, Al Paçino, Entoni Xopkins, Şon Penn kimi güclü aktyorlar tərəfindən bir çox kəz təriflənmişdir. Rurk bu aktyorlardan Entoni Xopkins ile 1, Uoken ilə isə 4 film çəkmişdir ancaq əsasən Kris Uokenin ona karyerasında böyük köməyi deymişdir. Bu günə qədər işlədiyi məşhurlar arasında Robert De Niro, Tupak Şakur, Kim Besincer, Evan MacGregor, Benisio del Toro, Cek Nikolson, Ellen Barkin, Erik Roberts, Alisia Silverstoun, Vilyem Defo, Silvestr Stallone, Jan Klod Van-Damm, Conni Depp kimilər mövcüddür.
Rurk iki dəfə evlənib, övladı yoxdur və hal hazırda subaydır. 2000-ci ildə Enriki İglesisin Hero adlanan klipində də rol almışdır. Rurk bü günə qədər bir neçə ssenari yazmış, ancaq bunlardan sadəcə üçününün filmini çəkmişdir.
Mikki Rurk 80-ci illərdə hələ plastik operasiyalar etməmişdən əvvəl aktyorluğundan əlavə öz sifət yaraşığı ilə bilinirdi. Qeyd etmək lazımdır ki, aktyorun Döyüş Balığı, Barfly və Françesko filmlərindəki ortaya qoyduğu aktyorluğu performansı bir çok kinokritik tərəfindən bəyənilmişdir hətta bəziləri bunların kino tarixinin gördüyü ən yaxşı aktyorluq performansları arasında olduğunu qeyd edir. Başda Stiven Spilberq ve Fransis Ford Koppola kimi böyük rejissorlarla işləmiş Mikki Rurku Conni Depp ve Bred Pitt kimi müasir ulduzlar aktyor kimi nümünə götürdüklərini qeyd edirlər. Brad Pitt (2008-Oskar namizədi) "Şon Penn ve Mikki Rurk ilə eyni kateqoriyada namizəd olmaq özü şərəfdir" demişdir. Günah Şəhəri və Güləşçi Mikki üçün "geri dönüş" hesab olunur. Mikkinin özünün ən çox sevdiyi filmi isə Erik Roberts ve Daryl Xanna ilə çəkildiyi "Qrinviç Kəndinin Papası" adlı filmdir.