Mikroklin — mineral. Cavan (kaynozoy) süxurların arqon üsulu ilə, qədimlərin – stronsium üsulu ilə izotop yaşını təyin etmək üçün istifadə edilir.
Mikroklin | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
KAlSi₃O₈ |
Strunz təsnifatı | VIII/F.03a[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Mikroklinləşmə metasomatozun ilk qələvi mərhələsində aktiv qranitoid intruziyalarının avtometasomatoz nəticəsində kvars-çölşpatı metasomatitlərinin əmələgəlmə prosesidir. Qələvi qranitoidlərdə metasomatik yolla mikroklin, kvars və muskovitlə yanaşı, ribekit və egirin əmələ gəlir. Metasomatik mikroklinləşmə əsasən mikroklin metasomatitlərini əmələ gətirir.