Minus One (qrup)

Minus One — 2009-cu ildə yaranmış Kipr rok musiqi qrupu. Onlar "Alter Ego" mahnısı ilə Kipri 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdirlər.

Minus One
Minus One qrupu 2016-cı ildə
Minus One qrupu 2016-cı ildə
Əsas məlumatlar
Üslub Rok
Fəaliyyət illəri 2009—h.h.
Ölkə  Kipr
Şəhər Nikosiya
Heyət Fransua Miçeletto
Harris Pari
Konstantinos Amerikanos
Antonis Loizides
Kris J
Keçmiş üzvlər Corc Solonos
minusoneband.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaranma tarixçəsi

[redaktə | mənbəni redaktə et]

Minus One qrupu 2009-cu ildə Kiprdə yaranmışdır. Qrup ilkin olaraq beynəlxalq ifaçıların mahnıları ilə səhnə almışdır.

Qrup 2015-ci ildə "Shine" mahnısı ilə Kiprin 2015 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak etmiş və nəticədə üçüncü yerdə qərarlaşmışdır. Kiprin CyBC telekanalının qərarı ilə Minus One qrupu ada ölkəsini İsveçin paytaxtı Stokholmda keçirilən 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.[1] Qrupun müsabiqədə ifa etdiyi mahnı olan "Alter Ego" 2012 Avroviziya Mahnı Müsabiqəsində İsveçə qələbə qazandıran "Euphoria" mahnısının bəstəkarı Tomas Cison tərəfindən yazılmışdır. Minus One həmin mahnı ilə müsabiqənin 10 may tarixində baş tutan birinci yarımfinal mərhələsində 11-ci səhnə almışdır. Nəticədə isə 164 xalla 8-ci yerdə qərarlaşaraq, müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar. Finalda bir daha öz mahnısını ifa edən qrup üzvləri 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 96 xal toplayaraq, 21-ci yerdə qərarlaşmışdır.

Qrup "Alter Ego" turu çərçivəsində Moskva, Amsterdam, LondonLimasolda çıxış etmişdir.

  • Fransua Miçeletto – vokal
  • Harris Pari – gitara
  • Konstantinos Amerikanos – vokal və gitara
  • Antonis Loizides – bass
  • Kris J – təbil
  1. "Cyprus: Minus One to Perform "Alter Ego"". eurovoix.com. 31 yanvar 2016. 2016-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-02.
Əvvəlki:
Con Karaqiannis
"One Thing I Should Have Done"
Kipr Avroviziya Mahnı Müsabiqəsində

2016
Sonrakı:
Ovik
"Gravity"

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]