Kipr Avroviziya Mahnı Müsabiqəsində

Kipr Avroviziya Mahnı Müsabiqəsi1981-ci ildə qoşulmuş və ümumilikdə 36 dəfə müsabiqədə iştirak etmişdir. Ada ölkəsi iştirak etdiyi illər ərzində heç vaxt müsabiqədə qələbə qazana bilməmişdir və əldə etdikləri ən yüksək nəticə 2018-ci ildə Eleni Fureyranın ifa etdiyi "Fuego" mahnısı ilə 2-ci yeri qazanmaqları olmuşdur.

Kipr 21 dəfə yunan, 13 dəfə ingilis, bir dəfə fransız və bir dəfə isə yarı yunan və yarı italyan dilində səslənən mahnılar ilə Avroviziyada təmsil olunmuşdur. 1998-ci ildə müsabiqədə SMS səsverməsinin tətbiqindən sonra Kipr hər il Yunanıstana, Yunanıstan isə Kiprə maksimum xallarını vermişdir. Bu ardıcıllıq ilk dəfə 2015-ci ildə Kiprin Yunanıstana 8 xal, Yunanıstanın isə Kiprə 10 xal verməsi ilə pozulmuşdur.

Kipr böhranı səbəbindən Türkiyə və Kipr 2004-cü ilə kimi bir-birinə səs verməmişdir. İlk dəfə İstanbulda keçirilən müsabiqədə Kipr Türkiyəyə 4 xal, Türkiyə isə Kiprə 1 xal vermişdir.

Kipr 1988-ci ildə Avroviziyanın qaydalarını pozaraq, daha öncə səsləndirilmiş bir mahnını müsabiqəyə göndərmək cəhdinə görə həmin müsabiqədən diskvalifikasiya edilmişdir. Eyni zamanda ölkə bir neçə il ard-arda göstərdiyi zəif nəticələr səbəbindən 2001-ci ildə müsabiqədən bir illik kənarlaşdırılmışdır. 2014-cü ildə isə Kiprin CYBC telekanalı maliyyə problemləri səbəbi ilə Avroviziyada iştirakdan imtina etmiş və 2015-ci ildə Kipr yenidən müsabiqəyə geri dönmüşdür.

  Qalib
  İkinci yer
  Üçüncü yer
  Sonuncu yer
İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
1981 Yunanca Island "Monika" (Μόνικα) 6 69
Yarımfinal olmayıb
1982 Yunanca Anna Vissi "Mono i agapi" (Μόνο η αγάπη) 5 85
1983 Yunanca Stavros və Konstantina "I agapi akoma zi" (Η αγάπη ακόμα ζει) 16 26
1984 Yunanca Əndi Pol "Anna Maria Lena" (Άννα Μαρία Λένα) 15 31
1985 Yunanca Lia Vissi "To katalava arga]" (Το κατάλαβα αργά) 16 15
1986 Yunanca Elpida "Tora zo" (Τώρα ζω) 20 4
1987 Yunanca Aleksiya "Aspro mavro" (Άσπρο-μαύρο) 7 80
1989 Yunanca Yannis Savvidakis və Fani Polimeri "Apopse as vrethoume" (Απόψε ας βρεθούμε) 11 51
1990 Yunanca Haris Anastazio "Milas poli" (Μιλάς πολύ) 14 36
1991 Yunanca Elena Patroklu "SOS" 9 60
1992 Yunanca Evridiki "Teriazoume" (Ταιριάζουμε) 11 57
1993 Yunanca Kiriakos Zimbulakis və Dimos Van Beke "Mi stamatas" (Μη σταματάς) 19 17
1994 Yunanca Evridiki "Eimai anthropos ki ego" (Είμαι άνθρωπος κι εγώ) 11 51
1995 Yunanca Aleks Panayi "Sti fotia" (Στη φωτιά) 9 79
1996 Yunanca Konstantinos "Mono gia mas" (Μόνο για μας) 9 72 15 42
1997 Yunanca Hara və Andreas Konstantinu "Mana mou" (Μάνα μου) 5 98
Yarımfinal olmayıb
1998 Yunanca Mixalis Hatziyannis "Genesis" (Γένεσις) 11 37
1999 Yunanca Marlen "Tha 'nai erotas" (Θα 'ναι έρωτας) 22 2
2000 Yunanca, İtalyanca Voice "Nomiza" (Νόμιζα) 21 8
2002 İngiliscə One "Gimme" 6 85
2003 İngiliscə Stelios Konstantas "Feeling Alive" 20 15
2004 İngiliscə Liza Andreas "Stronger Every Minute" 5 170 5 149
2005 İngiliscə Konstantinos Kristoforu "Ela Ela (Come Baby)" (Ελα Ελα) 18 46
Birbaşa finalçı
2006 İngiliscə Annet Artani "Why Angels Cry"
Finala keçməyib
15 57
2007 Fransızca Evridiki "Comme ci, comme ça" 15 65
2008 Yunanca Yevdokiya Kadi "Femme Fatale" 15 36
2009 İngiliscə Kristina Metaksa "Firefly" 14 32
2010 İngiliscə Con Liliqrin və The Islanders "Life Looks Better in Spring" 21 27 10 67
2011 Yunanca Kristos Milordos "San aggelos s'agapisa" (Σαν άγγελος σ'αγάπησα)
Finala keçməyib
18 16
2012 İngiliscə İvi Adamu "La La Love" 16 65 7 91
2013 Yunanca Despina Olimpiu "An me thimasai" (Aν με θυμάσαι)
Finala keçməyib
15 11
2015 İngiliscə Yannis Karayannis "One Thing I Should Have Done" 22 11 6 87
2016 İngiliscə Minus One "Alter Ego" 21 96 8 164
2017 İngiliscə Ovik "Gravity" 21 68 5 164
2018 İngiliscə, İspanca Eleni Fureyra "Fuego" 2 436 2 262
2019 İngiliscə Tamta "Replay" 13 109 9 149
2020 Sandro Nikolas

Səsvermə tarixi

[redaktə | mənbəni redaktə et]
Kiprin ən çox xal verdiyi ölkələr
Sıra Ölkə Xal
1 Yunanıstan Yunanıstan 324
2 İspaniya İspaniya 119
3 İsveç İsveç 112
4 İtaliya İtaliya 103
5 Rusiya Rusiya 100
Kiprin ən çox xal aldığı ölkələr
Sıra Ölkə Xal
1 Yunanıstan Yunanıstan 283
2 Böyük Britaniya Böyük Britaniya 88
Malta Malta 88
4 Finlandiya Finlandiya 68
5 İspaniya İspaniya 67

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.