Mir Həsən Mirişli

Mirhəsən Miriş oğlu Mirişli — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1955).[1]

Mirhəsən Mirişli
Doğum tarixi 1903
Doğum yeri
Vəfat tarixi 8 iyul 1973(1973-07-08)
Vəfat yeri
Fəaliyyəti teatr aktyoru
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni
Azərbaycan SSR əməkdar artisti

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

1903-cü ildə Naxçıvan şəhərində dünyaya gəlmişdir. İlk təhsilini Naxçıvanda almış burada ilk əczaçılardan olmuşdur. Uzun müddət bu sahədə fəaliyyət göstərmişdir. Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur.[1]

Aktyor fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Sonradan həyatını teatrla bağlamış və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olmuşdur. Teatrın səhnəsində müxtəlif obrazları ilə yadda qalmışdır. S. Rəhmanın "Toy" əsərində Kərəmov, S. Vurğunun "Vaqif" əsərində Vəzir, Üzeyir Hacıbəyovun "O olmasın bu olsun" əsərində Rüstəm bəy, Ə. Abbasquliyevin "Günəş doğur" əsərində Şahqulu, M. S. Ordubadinin "Beş manatlıq gəlin" əsərində Kərbəlayi Həsənalı obrazlarını yaratmışdır.[1]

  1. 1 2 3 4 Naxçıvan Ensiklopediyası. II cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 42. ISBN 5-8066-1468-9.