Mir Kazım Aslanlı

Mir Kazım Aslanlı, Mirkazım Aslanlı-Sarəng (1912, İsi25 yanvar 1975, Bakı) — şair, alim, həkim, müəllimbəstəkar.

Mir Kazım Aslanlı
Mirkazım Aslanlı-Sarəng
Doğum tarixi 1912
Doğum yeri
Vəfat tarixi 25 yanvar 1975(1975-01-25)
Vəfat yeri
Dəfn yeri

Mir Kazım Mir İskəndər bəy oğlu Aslanlı 1912-ci ildə Masallı rayonunun İsi kəndində bəy ailəsində anadan olmuşdur.[1]

M. K. Aslanlı 25 yanvar 1975-ci ildə Bakı şəhərində vəfat etmiş, doğulduğu İsi kəndindəki qəbiristanlıqda, özünün vəsiyyətinə görə müqəddəs "Göy öküzün məzarı"nın yaxınlığında dəfn edilmişdir.[1]

Mir Kazım Aslanlı doğulduğu il atası vəfat etmişdir. Onu anası Mehrac xanım, babası Mirabdulla bəy böyüdüb boya-başa çatdırmışdı. Mir Kazım Aslanlı xeyli gec, 1945-ci ildə öz həmyerlisi, özündən yaşca çox kiçik olan Fəridə xanımla ailə qurmuşdur. Mir Kazım Aslanlının övladı olmamışdır.[2]

border=none Əsas məqalə: İstisu (Masallı)

XX əsrin 60-cı illərində İstisuyun həqiqətən də müalicəvi olmasını Mirkazım Aslanlı sübut etmişdir.[mənbə göstərin] O vaxtlar alimin kəşfi böyük maraq doğurub və Sovet İttifaqının ayrı-ayrı yerlərindən 12 alim İstisu məkanına gələrək əlavə tədqiqat aparıb və kəşfi təsdiqləyiblər. 1971-ci ildə Masallı istisuyu xüsusi əhəmiyyətli ümumittifaq müalicəvi kurort sanatoriyası adını alıb.

Mirkazım Aslanlı-Sarəng elmi əsaslarla sübut edib ki, Dəmbəlov dağının döşündən çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadları, pisarioz, germatit, neyrodermit, göbələk xəstəliyi, ekzema, böyrəksidik yolları xəstəlikləripielit, uretrit, piolonefrit, habelə radikulit, prostatit, hipertoniya, qara ciyər xəstəlikləriöd xəstəlikləri, qadın xəstəlikləri, mədə-bağırsaq ağrıları, travmatik ağrılar müalicə oluna bilər.

Mir Kazım Aslanlının məzarı

Nurəddin Ədiloğlunun təşəbbüsü və ssenarisi əsasında 1992-ci ildə Mir Kazım Aslanlı–Sarəngin Masallıda 80 illik yubileyi təntənə ilə qeyd olunub. İştirakı ilə hazırlanan "Sarəng ömrünün hekayətləri" adlı ədəbi-musiqili veriliş Azərbaycan radiosunun qızıl fonduna daxil edilib. "Sarəng — ruhun gözəlliyi" məqaləsi ingilis, rus, türk dillərində Türkiyədə nəşr olunan "Azərbaycan dünyası" (ing. "World of Azerbaijan") dərgisində dərc olunub.[3]

2012-ci ildə Mir Kazım Aslanlının 100 illiyinə həsr edilmiş "Tərk etmə məni" adlı film çəkilmiş və təqdimatı olmuşdur.[4]

  1. 1 2 Xodaşirin Cəbiyev (Cabbarlı). "Xodaşirin Cəbiyev Cabbarlı: Mir Kazım Aslanlı - Sarəngin həyat və yaradıcılığı". azpress.az (azərb.). azpress.az. 18-6-2015. İstifadə tarixi: 8 may 2016.[ölü keçid]
  2. Mustafa Çəmənli. "Sarəng ürəyinin səsi". anl.az (azərb.). 525-ci qəzet. 19 aprel 2014. 6 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2016.
  3. "Azərbaycan dünyası" jurnalı, dekabr 2012, səh. 80–85.
  4. "Tərk etmə məni" filmi təqdim edilib: [görkəmli alim, həkim, bəstəkar, seleksiyaçı Mir Kazım Aslanlının 100 illiyinə həsr edilmiş eyniadlı sənədli film haqqında] //Mədəniyyət. — 2012.- 29 avqust.- S. 7.
  • Nurəddin Ədiloğlu. "Mirkazım Aslanlı", "Masallı" kitabı. Bakı: 1990. səh. 51–53.
  • Nurəddin Ədiloğlu. "Yarımçıq qalmış şikəstə". Bakı: "Adiloqlu" 2005
  • Nurəddin Ədiloğlu. Sarəng zirvəsi": Bakı: "Elm və təhsil",2012.