Mircəfər Seyidov

Seyidov Mircəfər Əyyub oğlu — azərbaycanlı yazıçıjurnalist.

Mircəfər Seyidov
Mircəfər Əyyub oğlu Seyidov
Doğum tarixi
Doğum yeri
Uşağı 3 övladı var

Həyatı[redaktə | mənbəni redaktə et]

Mircəfər Seyidov 1952-ci ildə anadan olmuşdur. 1969-cu ildə Bərdə şəhər 5 saylı orta məktəbi, 1975-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir.

1975-ci ildə əmək fəaliyyətinə başlamış, uzun müddət mətbuat və nəşriyyat sahəsində işləmişdir. Hazırda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi işçidir. Müxtəlif illərdə "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzetlərində və digər mətbu orqanlarda hekayə, şeir və esseləri dərc olunub. 1980–1985-ci illərdə iki ədəbi almanaxda hekayələri nəşr edilib. Bundan əlavə müxtəlif qəzet janrlarında yazılmış və dərc olunmuş 2000-dən çox məqalənin müəllifidir.100-dən artıq kitabın redaktorudur 80-ci illərin əvvəllərində ən yaxşı idman jurnalisti kimi Azərbaycan "Məhsul" Kənd Könüllü İdman Cəmiyyətinin fəxri fərmanı ilə təltif olunmuş, Respublika idman jurnalistlərinin Bakıda keçirilən konfransının iştirakçısı olmuşdur. 2001-ci ildə yazdığı "Kərbəla "kitabına görə ilk dəfə Bakıda keçirilən İmam Həzrət Əli(ə)ilə bağlı beynəlxalq konfransa dəvət almış, çıxışı konfransın toplusunda dərc edilmişdir. 2016-cı ildə Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasında fəal iştirakına və 1996-cı ildə yazdığı "Bərdə şəhidləri" kitabına görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin "Fədai" medalına layiq görülmüşdür.

1982-ci ildə SSRİ Jurnalistlər İttifaqının üzv olmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Əsərləri[redaktə | mənbəni redaktə et]

Kitabları[redaktə | mənbəni redaktə et]

  1. Göylərə çəkilmiş ümid (şer və hekayələr). Bakı: Sabah, 1993.
  2. Bərdə şəhidləri (oçerk və esselər). Bakı: Sabah, 1996.
  3. Ələviyyə ana (sənədli hekayə). Bakı: Elm, 1999.
  4. Kişi var eldən gedər (publisistika). Bakı: Elm, 2000.
  5. Kərbəla (roman). Bakı: Nurlan, 2001.
  6. Cəbhə hekayələri. Bakı: Sabah, 2001.
  7. Bərdə şəhidləri (təkrar nəşr əlavələrlə). Bakı: Sabah, 2005.
  8. Kərbəla (roman, təkrar nəşr). Bakı: Sabah, 2005.
  9. Peyğəmbər (roman). Bakı: Sabah, 2008.
  10. Düşüncələr Bakı: Sabah, 2008.
  11. Qəfil oyanış. Bakı: Elm, 2011
  12. Oqtay həkim (publisistika). Bakı: 2015.

Tərtib etdiyi kitablar[redaktə | mənbəni redaktə et]

"Məktəbli kitabxanası" seriyasından tərtib etdiyi kitabçalar.

  1. Vətən sevgisi. Bakı: Sabah, 2001.
  2. Nəğmələr, düzmələr, sınamalar, oxşamalar. Bakı: Sabah, 2001.
  3. Sehrli nağıllar. Bakı: Sabah, 2001.
  4. Kitabi-Dədə Qorqud – Əkrək və Səkrək, Qanturalı və Selcan xanım, Basatın Təpəgözü öldürməsi (uşaqlar üçün işlənmiş variant). Bakı: Sabah, 2001.