Mircəlal Mikazım oğlu Kazımi (7 aprel 1977, Bakı) — Azərbaycan alimi, ümumi-cərrah, cərrah-transplantoloq, tibb elmləri üzrə fəlsəfə doktoru, Mərkəzi Gömrük Hospitalının cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin orqan transplantasiyası üzrə mütəxəssis eksperti.
Mircəlal Kazımi | |
---|---|
Doğum tarixi | 7 aprel 1977 (47 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | ümumi cərrah, cərrah-transplantoloq, alim |
Elmi dərəcəsi |
|
Mükafatları |
Azərbaycanda milli transplantasiya komandasının formalaşdırılması üzrə tanınır. Azərbaycanda, Cənubi Qafqaz və Orta Asiyada ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını, Azərbaycanda ilk dəfə uşaqlarda qaraciyər transplantasiyası əməliyyatını və ilk dəfə pediatrik böyrək transplantasiyası əməliyyatını uğurla həyata keçirib.[1][2] Azərbaycanda ilk və dünya səhiyyəsində nadir hesab olunan 5 yaşlı uşaq üzərində eyni anda həm ürək, həm də qaraciyər köçürülməsini icra etmişdir.[3][4]
Mircəlal Kazımi 1977-ci il aprelin 7-də Bakı şəhərində həkim ailəsində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsinə qəbul olub, 2000-ci ildə buranı bitirmişdir. 2000–2001-ci ildə M. Nağıyev adına TTYX-da ümumi cərrahiyyə ixtisası üzrə internatura keçərək ümumi cərrah ixtisasını almışdır. 2004–2009-cu illərdə Türkiyənin Ege Universitetində tibb fakulətsinin ümumi cərrahiyyə və orqan transplantasiyası kafedrasında təhsil almışdır. 2009–2010-cu illərdə İzmir şəhəri, "Kent" xəstəxanasında qaraciyər transplantasiyası, 2012-ci ildə Cənubi Koreya, Seul şəhəri, "Asan Medical Center"-də , hepatobiliyar cərrahiyyə və qaraciyər transplantasiyası proqramı üzrə təlimlərdə iştirak etmişdir.[5]
14.09.2010-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəxri fərmanı, 2016-cı ildə Səhiyyə Nazırliyi tərəfindən "Səhiyyə Əlaçısı" döş nişanı və "Fəxri Fərman", Azərbaycan Dövlət Gömrük Komitəsinin 30 illiyi yubiley medalı, Azərbaycan Dövlət Gömrük Komitəsinin "Fəxri Fərman"-ları ilə təltif edilmişdir.[5][6]
Mircəlal Kazımi əmək fəaliyyətinə 2001–2002-ci ildə Azərbaycan Tibb Universiteti Ümumi Cərrahiyyə kafedrasında baş laborant kimi başlamışdır. 2007–2009-cu illərdə Ege Universitetinin orqan transplantasiyası və hepatobiliyar cərrahiyyə bölməsinin məsul şəxsi kimi fəaliyyət göstərmişdir. Eyni zamanda ölümündən sonra orqanlarını bağışlamış şəxslərdən orqanların götürülməsini həyata keçirən Ege Universiteti, tibb fakültəsi, ümumi cərrahiyyə və orqan transplantasiyası kafedrasındakı cərrahi briqadaya rəhbərlik etmişdir. 2008-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi doktor Fəxrəddin Cavadov tərəfindən dəvət olnunaraq Mərkəzi Neftçilər Xəstəxanası endoskopik cərrahiyyə şöbəsində həkim-cərrah kimi fəaliyyətə başlamış və burada orqan transplantasiyası bölməsinin yaradılmasına rəhbərlik etmişdir. O həmin ildən 2018-ci ilədək Mərkəzi Neftçilər Xəstəxanasında cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, 2018-ci il sentyabrın 28-dən etibarən isə Mərkəzi Gömrük Hospitalında cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəhbəri olaraq fəaliyyətini davam etdirir.[7][8]
Mircəlal Kazımi 2008-ci ildə Azərbaycan Respublikasında, Cənubi Qafqazda, Orta Asiya və Qazaxıstanda ilk dəfə olaraq qaraciyər transplantasiyası əməliyyatını icra etmişdir.[9][10]
2010-cu ildə Naxçıvan Muxtar Respublikasında ilk dəfə böyrək transplantasiyası əməliyyatını icra etmişdir.[11]
Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə doktor Mircəlal Kazımı komandası ilə Qəbələ, Quba, Şirvan, Şamaxı, Cəlilabad rayonlarında regionların sosial inkişafı proqramı çərçivəsində sosial vəziyyəti aşağı olan xəstələrə təmənnasız böyrək transplantasiyası icra etmişdir.[12]
Azərbaycan Respublikasında ilk dəfə uşaqlar üzərində böyrək transplantasiyasını həyata keçirmişdir. Bununla yanaşı 7 aylıq (6kq) körpəyə də qaraciyər transplantasiyası, eyni seansda bir xəstəyə həm qaraciyər, həm də böyrək transplantasiyası, bir xəstəyə qaraciyərin iki payı (dual liver transplantation) transplantasiyasını, bir xəstəyə eyni seansda açıq ürək və qaraciyər transplantasiyası, bir xəstəyə eyni seansda açıq ürək və böyrək transplantasiyası, çarpaz qaraciyər və böyrək transplantasiyası əməliyyatlarını etmişdir.[13][14]
2018-ci ildən Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi vəzifəsində işləyir.[5]
Mircəlal Kazımi xarici dövlətlərdə təhsil almış azərbaycanlı həkimləri işə dəvət edərək, onlara orqan transplantasiyası sahəsində təlimlər keçmiş və orqan transplantasiyası sahəsində Azərbaycanın ilk milli komandasını yaratmışdır. Həkim və tibb bacılarının bu sahədə Türkiyə Respublikasında təhsil almalarını təşkil etmişdir. O Azərbaycanda orqan transplantasiyası sahəsində həkimlərin, həkim-rezidentlərin və tibb personalının yetişməsində fəaliyyətləri ilə tanınır.[15]
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan respublikası qanununun yenilənməsi zamanı Milli Məclisdə yaradılan işçi qrupunun üzvü olmuş və bu işdə yaxından iştirak etmişdir.[16]