Mircəlil Seyidov (1948, Naxçıvan) — Azərbaycanın əməkdar rəssamı.[1]
Mircəlil Seyidov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | Azərbaycan |
Fəaliyyəti | Rəssam |
Təhsili | Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi, Sankt-Peterburqda Muxina adına Ali Bədii-Sənaye Məktəbi |
Mükafatları | Azərbaycanın əməkdar rəssamı |
1948-ci ilində Naxçıvan şəhərində anadan olmuşdur. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra Sankt-Peterburqda Muxina adına Ali Bədii-Sənaye Məktəbini bitirib. Azərbaycan Respublikasının əməkdar rəssamıdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. O, 1972-ci ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. 1999-2004-cü illərdə Türkiyədəki Antalya Ağdəniz Universitetinin də müəllimi kimi fəaliyyət göstərmişdir. 2009-cu ildə dünyasını dəyişmişdir. [2]
Bütün tabloları bədii kamilliyi və orijinallığı ilə seçilir. "Qaçqınlar", "Əzab çəkmiş qoca", "Həsrət" adlı əsərlərində bir milyondan artıq qaçqının yaşadığı sarsıntıları, insan faciəsini əks etdirir. M.Seyidovun şah əsəri "Sənət və sənətçilər"dir. Sənətkarın bu əsərində bir bütövlük əks olunub. M.Seyidov rənglər harmoniyasını kətana həkk edə bilir. M.Seyidovun Böyük Britaniyanın məşhur rok musiqi qrupu "Pink Floyd"a həsr etdiyi əsəri bir çox ölkələrdə xüsusi marağa səbəb olub. Ümumiyyətlə, rəssamın yaradıcılığı barədə dünya, xüsusilə də Türkiyə mətbuatında bir çox yazılar dərc olunmuşdur.[3]