Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Mirdamət Ağamir oğlu Seyidov (25 aprel 1922, Qızılca, Gəncə qəzası, Azərbaycan SSR, ZSSRFİ, SSRİ – 4 noyabr 2012, Qızılca, Göygöl rayonu) — İkinci dünya müharibəsi dövründə Yuqoslaviyada və İtaliyada Xalq Müqavimət hərəkatı iştirakçısı, partizan və SRRİ ordusu polkovniki.[1]
Mirdamət Seyidov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 aprel 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 4 noyabr 2012 (90 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Döyüşlər |
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mirdamət Ağamir oğlu Seyidov 25 aprel 1922-ci ildə indiki Göygöl rayonunun Qızılca kəndində anadan olmuşdur.[1][2] Olduqca kasıb bir ailədə böyüyən Mirdamət sonralar tibb təhsili almışdır.
İkinci Dünya müharibəsi başlayanda Mirdamətin 19 yaşı var idi. Müharibənin ilk günlərindən cəbhəyə getmiş; amma almanlara əsir düşmüşdür. Daxau ölüm düşərgəsində olan Mirdamət Seyidov buradakı insan tonqalının şahidi olub. 1943-cü ildə faşistlərin Almaniyanın Ştrans əsir düşərgəsindən İtaliyaya, Triestə və Yuqoslaviyaya köçürdüyü sovet hərbi əsirləri içərisində xeyli azərbaycanlı var idi. Onlardan biri də Mirdamət Seyidov idi.
Sonralar düşmənin yaratdığı hərbi legionundan qaçmağı bacaran döyüşçü partizanlara qoşulmuşdur. Mirdamət Seyidov İkinci Dünya müharibəsi illərində Yuqoslaviya və İtaliya ərazisində işğalçılara qarşı cəsarətli əməliyyatlar aparan sovet zabiti və kəşfiyyatçısı kimi xidmət etmişdir. Onun əfsanəvi partizanlar Cavad Həkimli, Mehdi Hüseynzadə ilə tanışlıqları da buradan başlayıb. Onlar dəfələrlə birlikdə çətin tapşırıqları çiyin-çiyinə yerinə yetiriblər. Mirdamət Seyidov və Mehdi Hüseynzadə gizli antifaşist təşkilatı yaratmışdılar. Bir-birinin ardınca əldə olunan uğurlar onu nəinki bütün ölkədə, hətta İtaliya və Yusoqlaviyada da məşhurlaşdırır. Mavi gözlü gənc partizanı artıq İvan Ruskiy, Miriço Mario və Vesilin təxəllüsləri ilə tanıyırıdlar.
Onlar 1944-cü ilin fevralında əsirlikdən qaçaraq partizanlara qoşulmuş, İ. Qradnik adına İtalyan-yuqoslav partizan diviziyası tərkibində əlahiddə rota təşkil etmişdilər. Mirdamət Seyidov Yuqoslaviya Xalq Azadlıq Ordusunun 11-ci korpusu qərargahı yanında Haribaldi adına xüsusi kəşfiyyat — təxribat qrupunda fəaliyyət göstərmişdir.
Mirdamət Seyidov və Mehdi Hüseynzadə 1944-cü il aprelin 2-də Triest şəhərinin yaxınlığında – Opçine (sloven. Opčine) adlı yerdə kinoteatrı partlatdılar. Nəticədə hitlerçi əsgər və zabitlərdən 80 nəfəri öldü, 110 nəfəri isə ağır yaralandı.
Mirdamət Seyidovun həyata keçirdiyi ən böyük əməliyyatlardan biri Triest şəhərinin özündə — "Via qeqa" küçəsində almanların "Soldatenheim"( Soldatenheim, Or Rest Room For German Soldiers) (Əsgər evi) restoranının binasının partladılması oldu. Faşist ordusu əsgərinin paltarlarını geyinmiş Mehdi və onun dostu Mirdamət Seyidov əvvəlcədən detanatorun ampulasını əzib restorana girdilər. Stol arxasında iki yer tutub içində partlayıcı olan çantanı stolun altına qoydular, özləri isə talon almaq bəhanəsi ilə əvvəlcə salondan, sonra isə binadan çıxdılar.[3][4]
Yarım saatdan sonra faşistlərin nahar etdiyi restoran yerlə-yeksan oldu. İki gün ərzində hitlerçilər uçqunların altından meyitləri və yaralıları çıxarmaqla məşğul oldular. Faşist gestapoçuları həmin binanın bərbərxanasında sülənən bir neçə günahsız adamı həbs edib sonra da qətlə yetirdilər.
Azərbaycan Tarixi Muzeyindəki eksponatların birində partlayışın ertəsi günü çıxmış "İl Pikkolo" qəzetinin bir parçası nümayiş etdirilir. Orada yazılıb:
"Dünən, şənbə günü kommunist elementlər Triest şəhərində alman əsgər evində terror təxribatı törətmiş, nəticədə bir neçə alman əsgəri və italyan vətəndaşı həlak olmuşdur. Terrorçulara yaxın dairələrdən xeyli adam həbs edilmişdir. Hərbi məhkəmə onlardan 51 nəfərinə ölüm hökmü kəsmişdir. Məhkəmənin hökmü dərhal yerinə yetirilmişdir".
Partizan qərargahına daxil olan rəsmi məlumata görə, qəzetdə göstərilən "bir neçə alman əsgəri" əslində 450 nəfərin ölüm və yaralanması demək idi.
M.Seyidovun partizan həyatını əks etdirən bu və digər sənədlər də Azərbaycanın Tarix Muzeydə öz layiqli yerini tapmışdır.[5]
2011-ci ildə vəfat etmiş və Göygöl rayonunun Qızılca kəndində dəfn edilmişdir.
O, qələbənin əldə olunmasında göstərdiyi igidliyə görə, dəfələrlə orden və medallara layiq görülmüşdür:
Onun italyan pasportu, diplomları, ordenləri hazırda Moskvada, Frunze adına Silahlı Qüvvələr Muzeyində qorunur.
Rejissor Tahir Əliyev “Salnamə” kinostudiyasında “Unudulmuş partizan” adlı filmi əfsanəvi partizan Mirdamət Seyidova həsr etmişdir.[6]