Daxau həbs düşərgəsi (alm. Konzentrationslager Dachau) - Üçüncü Reyx tərəfindən İkinci dünya müharibəsi dövründə Almaniyada yaradılmış Nasist həbs düşərgəsi. Daxau düşərgəsi Münhen əyalətinin 16 km şimalqərbində istifadə olunmayan ağırtexnika zavodunun yerində açılmışdır. Daxau həbs düşərgəsini digərlərindən fərqləndirən əsas cəhətlərdən biri bu düşərgənin fəaliyyətə başlayan ilk düşərgə olmasıdır. 22 mart, 1933 Alman Nasional Sosialist Fəhlə Partiyasının qərarı ilə açılan düşərgədə Yəhudilər başda olmaqla əsasən siyasi məhbuslar saxlanılırdı. Daxau düşərgəsi Yohannes Hesters tərəfindən də ziyarət olunmuşdur. Azərbaycanlı partizan Əhmədiyyə Cəbrayılovda Daxau həbs düşərgəsində bir müddət saxlanılmışdır. Daxau həbs düşərgəsi Hücum dəstələri tərəfindən bir müddət qorunmuşdur. Daxau - auşvitz,Belzek,Xelmno kimi düşərgələrin ilk modeli idi. Daxau ilk vaxtlar dövlət həpisxanası olarağ istifadə edilmiş, daha sonra SS Mühafizə dəstəsi in əmri ilə Həps düşərgəsi olarağ fəalliyyət verməğə başlamışdır. Düşərgəyə əsasən macarlar,yəhudilər,soviet əsirləri gətirilirdi. Həbs düşərgəsinin şəraiti o qədər pis idi ki, ölən məhkumların 56% Xəstəliklərdən 24% aclıqdan və 30% Edam və Əsgərlərin istədikləri üçün öldürülmüşdür vəya ölmüşdür. 1942,43-illəri arasından etibarən 7000 nəfərlik limiti 90000 ə qaldırılmışdır. Daxau daha sonra Amerika Birləşmiş Ştatları tərəfindən azad edilmişdir.