Mirinda- 1959-cu ildə İspaniyada hazırlanmış portağal dadlı qazlı içki. Adı esperanto dilində 'heyranedici" mənasını verir.[1] Fantanın əsas rəqibi hesab edilir. Digər rəqibləri Britvikin Tanqo və Dr. Pepper şirkətinin Sunkist içkiləridir.
Mirinda | |
---|---|
Növü | Qazlı içki |
İstehsalçı | PepsiCo |
Mənşəsi | |
Yaradıldığı il | 1960 |
mirinda.de | |
Vikianbarda əlaqəli mediafayllar |
Mirindanın müxtəlif meyvə tamlı variantları mövcuddur. Bunlara portağal, sitrus, qreypfrut, alma, çiyələk, moruq, ananas, nar, banan, limon, hibiskus, quarana, naringi, armud, qarpız[2], üzüm meyvə tamları daxildir.
Mirinda ilk dəfə 1958-ci ildə İspaniyada tanıdılıb, istehsalına isə 1960-cı ildən başlanılıb. İçki qısa müddət ərzində bütün İspaniyaya və Avropaya yayıldı. 1970-ci ildən isə PepsiCo şirkətinin tərkibinə qatıldı.[3] Bundan sonra bütün dünyada yayılmağa başladı. Lakin bu içki ABŞ-də yalnız 2003-cü ildən satışına başlandı.