Mirmehdi Mirkazım oğlu Ağaoğlu (15 oktyabr 1982, Aşağı Qaramanlı, Neftçala rayonu) — azərbaycanlı yazıçı və publisist.
Mirmehdi Ağaoğlu | |
---|---|
Mirmehdi Mirkazım oğlu Ağaoğlu | |
Təxəllüsü | Mirmehdi Ağaoğlu |
Doğum tarixi | 15 oktyabr 1982 (41 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
İxtisası | mühasib |
Fəaliyyəti | yazıçı, publisist |
Fəaliyyət illəri | 2005-ci ildən |
Əsərlərinin dili | Azərbaycan dili |
Janrlar |
hekayə roman |
İlk əsəri | "Görüş"[1] |
Tanınmış əsərləri |
"Görüş"[1] "Küləyi dişləyən" "Bu gün səbir elə"[2] |
Mükafatları |
"Qızıl Kəlmə"[3][4] "Əli bəy Hüseynzadə" mükafatı[5][6] |
Mirmehdi Ağaoğlu 15 oktyabr 1982-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olub. 1990–2000-ci illərdə Bakı şəhəri Sabunçu rayonu 170 saylı orta məktəbdə təhsil alıb. 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu fakültəsində oxuyub.[7]
2005-ci ildən Mirmehdi Ağaoğlu imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 2008–2012-ci illərdə "Xalqbank"da kassir vəzifəsində çalışıb. 2012–2018-ci illərdə isə "Kulis.az" internet dərgisində redaktor kimi fəaliyyət göstərib. 2019-cu ildən APA Holdinqdə redaktor vəzifəsində çalışır.
2011-ci ildə "Görüş" adlı romanı işıq üzü görüb.[1][8][9]
2012-ci ildə "Küləyi dişləyən" adlı romanı ilə oxucuların qarşısına çıxıb.
2015-ci ildə "Bu gün səbir elə" adlı romanı çap olunub.[2][10][11][12][13]
2016-cı ildə "Alman malı" adlı müxtəlif illərdə qələmə aldığı hekayələrindən ibarət kitabı "ATV Kitab" seriyasından "Parlaq imzalar" nəşriyyatında çap edilib.[7][14][15][16][17]
2020-ci ildə "Oğlum üçün hər şey" adlı kitabı Türkiyədə işıq üzü görüb.[18][19][20][21][22]
2021-ci ildə "Zəfərin izi ilə" adlı kitabı çap olunub. Kitaba müəllifin 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərə səfərləri zamanı hazırladığı reportajlar daxil edilib.[23][24][25][26][27]
2017-ci ildə Amerika sosioloqu Erik Hofferin "Əsl inamlı" əsərini Azərbaycan dilinə tərcümə edib.[28][29]
"Küləyi dişləyən" romanı 2011-ci ildə keçirilən Milli Kitab Mükafatında qısa siyahısına düşüb və beşinci yerin sahibi olub.[30][31][32][33][34]
2015-ci ildə Azərbaycan Yaradıcılıq Fondu və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə keçirdiyi "Quran motivləri əsasında hekayə" müsabiqəsinin qalibi olub.[35][36][37][38][39]
2017-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Qızıl Kəlmə" ədəbi mükafatının "Şans" ödülünə sahib olub.[3][4][40][41][42]
2017-ci ildə ədəbi-publisistik fəaliyyətinə görə "Ədəbiyyat qəzeti"nin təsis etdiyi "Əli bəy Hüseynzadə" mükafatına sahib olub.[5][6][43]
2017-ci ilin dekabr ayında "85-ci gün" adlı hekayəsi İranın Şiraz şəhərində keçirilən Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Birinci Qısa hekayə müsabiqəsində qalib olub.[44][45][46][47][48]
2020-ci ildə "Ədibin Evi" tərəfindən keçirilmiş Mir Cəlal adına İkinci Hekayə müsabiqəsində "Yapon balığı" hekayəsi ilə qalib olub.[49][50][51]
2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının "Mən qadınam" qısametrajlı bədii film ssenari müsabiqəsində həmmüəllifi olduğu "Zənbil" adlı ssenari ikinci yerə layiq görülüb.[52]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |