Mirqamət Əliyev

Mirqamət Firdovsi oğlu Əliyev (d. 13 yanvar 1997, Ağcabədi rayon — ö. 8 oktyabr 2021) — Azərbaycanın vətənpərvər övladı.

Mirqamət Əliyev
Mirqamət Firdovsi oğlu Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ağcabədi rayonu, Alman qəsəbəsi
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Ağcabədi rayonu
Vəfat səbəbi Ürək döyüntülərinin dayanması
Dəfn yeri Ağcabədi rayonu, Avşar kəndi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Hərbi hissə 2-ci Ordu Korpusu
Xidmət illəri 2015-2017, 2019-2021
Rütbəsi Kiçik çavuş
Vəzifəsi Artileriyya top komandiri
Döyüşlər Vətən müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri "Füzulinin azad olunmasına görə" medalı — 2020

Mirqamət Firdovsi oğlu Əliyev 13 yanvar 1997 ci ildə Ağcabədi rayon Alman qəsəbəsi adlanan yerdə məcburi köçkün ailəsində anadan olmuşdu. O Xocavənd kənd 1 nömrəli məktəbində təhsil almışdı. Onu tanıyan şəxslərin verdiyi məlumata görə yaşıdlarınnan fərqli olaraq daima hərbi xidmətə meyilli olmuşdur. Hərbi xidmətə meyilli olmasının səbəbi isə anasının Xocavənd rayonundan, atasının isə Ağdam rayonundan məcburi köçkün düşməsi idi. Mirqamət əslinin gəldiyi o torpaqlarda doğulub böyüməsədə hər daim o torpaqlar üçün yanıb tutuşan bir gənc idi. Hər daim fiziki sağlamlığına diqqət yetirər, yaşıdları bir biriləri ilə oyunlar oynayarkən Mirqamət Əliyev fərqli idman növləri ilə məşğul olur hər daim fizikini yüksək səviyyədə tutmağa çalışırdı. Çoxlarınnan fərqli olaraq uşaq yaşlarınnan işləməyə başlamış və ailəsi üçün çörək pulu qazanmışdı. Hər daim evinə və ailəsinə yararlı bir övlad olmağa çalışırdı. Mirqamət oxuduğu Xocavənd kənd 1 nömrəli məktəbini bitirdikdən sonra ilk dəfə 2015-2017-ci illərdə əsgər kimi həqiqi hərbi xidmətə olmuşdur. Tərxis edildikdən sonra üç ilə yaxın bir çox fərqli işlərlə məşğul olsa da, məqsədi hər daim orduya qayıtmaq idi. 2019-cu ilin iyul ayında anidən başlayan Tovuz döyüşlərindən gələn şəhid xəbərləri onu dərindən sarsmış, gecə gündüz durmadan fikir edirdi. Məqsədi orda döyüşən həmvətənlilərinin yanında olmaq idi. Tovuz döyüşləri bitdikdən dərhal sonra Müddətdən Artıq Həqiqi Hərbi Xidmət Hərbi Qulluqçusu olmaq üçün yaşadığı yerdə olan Ağcabədi rayon Hərbi Komisarlığına müraciət etmiş və çox keçmədən Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissədə top komandiir kimi xidmətə başlamıştı.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Mirqamət Əliyev 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Mirqamət Əliyev 2016-ci il aprel 1-də Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılması üçün başlanan Aprel döyüşləri zamanı Füzulinin istiqamətində gedən döyüşlərdə savaşıb. Daha sonralar Mirqamət Əliyev 2020-ci il sentyabr 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vətən müharibəsinin ilk günündə Xocavənd istiqamətində əks-həmlə əməliyyatında iştirak etməyə başlayan gənc hərbçi sonralar FüzuliCəbrayıl istiqamətində vuruşmuşdur. Füzuli rayonunun Mahmudlu kəndinin alınmasında şücaət göstərmiş, döyüşlər zamanı düşmənin çoxsaylı texnikasını və canlı qüvvəsini məhv etmişdi. Mirqamət Firdovsi oğlu Əliyev ona təhkim olunmuş döyüş texnikasının imkanlarını çox gözəl bilir və onları mütəxəsis kimi idarə edirdi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirqamət Əliyev "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[1]

Mirqamət Əliyev 7 oktyabr 2021-ci il tarixdə xidmət etdiyi hərbi hissədə ürəyinəd ağrılar hiss etməyə başlayır. Dərhal hərbi hissəyə aid olan məntəqəyə gedərək orda müayinə olunmaq istəyir, lakin əlverişli şərait olmadığına görə müayinə olunması üçün Ağcabədi rayon Hospitalına göndərilir. Aparılan müayinələr nəticəsində ürəy ağrımasının səbəbi aşkar edilməmiş yaranan bu problemin yorğunluq və ya hər hansı soyuğ dəymə problemi olunması təxmin olunur. Nəticədə Mirqamət Əliyev dərhal yaşadığı evə geri dönür. Yaşadığı evində birgə yaşadığı anası və atası ilə normalda etmədiyi hərəkətlər edir və sanki vidalaşırmış kimi qucaqlaşıb halallıq alır. Gecə düşən zaman hər zamankı kimi yatıb yuxuya dalırlar. 8 oktyabr səhəri anası oğlunu işə getməsi üçün yuxudan oyatmağa gəlir. Lakin nə qədər çağırsada oğlu Mirqamət bir daha oyanmır. Aparılan araşdırmalar nəticəsində aydın olunur ki, Mirqamət Firdovsi oğlu Əliyev 8 oktaybr 2021-ci il tarixdə Ağcabədi rayonunda yaşadığı evində anidən ürəyinin dayanması nəticəsində dünyasını dəyişir. Ailə üzvlərinin bildirdiyinə görə, müharibədən sonra şəhid və yaralı yoldaşları haqqında çox düşünür, buna görə ağır stres keçirirmiş. Təssüf ki, qəfildən gələn ölüm, bu vətənpərvər gəncin həyatına son qoyur.

  1. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (az.)). 25.12.2020. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.