Mirzə Abayev

Mirzə Abayev (oset. Абайты Мирза erm. Միրզա Աբաև; Cənubi Osetiya1994, Cəbrayıl, Hadrut rayonu[d], Dağlıq Qarabağ Respublikası) — milliyyətcə osetin olan ermənilər tərəfindən döyüşmüş Qarabağ müharibəsinin iştirakçısı[1].

Mirzə Abayev
oset. Абайты Мирза
Doğum yeri
Vəfat tarixi 1994
Vəfat yeri
Milliyyəti Osetin
Mükafatları "Artsax Qəhrəmanı"

Müharibədə iştirakı

[redaktə | mənbəni redaktə et]

Mirzə Abayev 1992-ci ildə 36 nəfərlik dəstə ilə Şimali Osetiyadan Qarabağa ermənilər tərəfdən döyüşmək üçün gəlib. Dəstə üzvlərinin 30 nəfəri osetin, digərləri isə erməni, ruskabardinlər idi. Qarabağ döyüşlərinə qədər Abayev gürcü-osetin münaqişəsində aktiv iştirak etmişdir. İlk olaraq Monte Melkonyanın komandanlığı altında Martuni alayında döyüşlərə başlayır. Daha sonra isə milliyyətcə osetin olan əsgərlərdən ibarət dəstəyə rəhbərlik etməyə başlayır və ölümünə qədər də bu dəstənin rəhbəri olur. Öz dəstəsi ilə bir çox vacib döyüşlərdə iştirak edir. 1993-cü ildə Füzulinin işğalında iştirak edir[2].

1994-cü ildə Cəbrayıl uğrunda döyüşlərdə öldürülür. 1995-ci ildə mayor Abayev ölümündən sonra Qondarma Dağlıq Qarabağ Respublikasının mükafatı olan "Artsax Qəhrəmanı" mükafatını alır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Qarabağ döyüşlərində iştirak etmiş osetin könüllüləri[[Rus dili|rus.]] ". 2019-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-16.
  2. "Azərbaycana qarşı döyüşən osetinlər". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-16.