Hacı Mirzə Hüseyn bəy Mirzə Kərim bəy oğlu Münşizadə (1863-1932) — şair.
Mirzə Hüseyn bəy Çakər | |
---|---|
Hacı Mirzə Hüseyn bəy Mirzə Kərim bəy oğlu Münşizadə | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Dəfn yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC SSRİ |
Atası | Mirzə Kərim bəy |
Fəaliyyəti | şair |
Mirzə Hüseyn bəy Çakər Vikimənbədə |
Hacı Mirzə Hüseyn bəy Mirzə Kərim bəy oğlu 1863-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Cavanşir-Dizaq mahalının Hacılı camaatındandır. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsə də təhsilini davam etdirmişdi. Şərq dillərini bilirdi.
Hacı Mirzə Hüseyn bəy Şuşada yaranan "Qarabağ məclisi"nin üzvü idi. Bu təşkilatın üzvləri erməni slahlılarına qarşı mübarizə aparırdilar. 1908-ci ilin mart ayının 23-də Hacı Mirzə Hüseyn bəy Münşizadə polis tərəfindən saxlanıldı. Məhkəmədən sonra Həştərxan quberniyasına sürgün edildi.
Hacı Mirzə Hüseyn bəy Münşizadə şair idi. Çakər təxəllüsü ilə ürəkaçan şeirlər yazırdı. Təzkirəçi Mir Möhsün Nəvvab öz ünlü əsəri "Təzkireyi-Nəvvab"da yazir: "Mirzə Hüseyn bəy Çakər ibn Mirzə Kərim bəy ibn Hacı Məhəmməd Qarabağin Şuşa əhlindən, Qurdlar məhəlləsindəndir. Şuşada anadan olub. 30 yaşı var. Farsca savadı var. Peşəsi tacirlikdir. Təxəllüsü Çakərdir".[1]
Hacı Mirzə Hüseyn bəy Münşizadə şair kimi tanınsa da, daha çox vətənpərvər kimi tarixin yaddaşında yaşayır.