Mirzə Nəsrullah bəy Didə (1797, Şamaxı – 1870, Şamaxı) — şair.[1]
Mirzə Nəsrullah bəy Didə | |
---|---|
Mirzə Nəsrullah bəy Qurbanbəyov | |
Təxəllüsü | Дидя |
Doğum tarixi | 1797 |
Doğum yeri | Şamaxı, Gürcüstan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | şair |
Üzvlüyü | |
Mirzə Nəsrullah bəy Didə Vikimənbədə |
Şeirlərini "Didə" təxəllüsü ilə yazan Mirzə Nəsrullah bəy Qurbanbəyov XlX əsrdə yaşamış istedadlı şairlərdən biridir. Onun doğum tarixi məlum deyil. İlk təhsilini Şamaxıda almış, sonra Təbrizə gedərək, mədrəsədə oxumuşdur.
Şamaxıya qayıtdıqdan sonra şəhərdə mirzəlik etmiş, ömrünün sonlarında isə məktəbdarlıqla məşğul olmuşdur. Didə 1870-ci ildə Şamaxıda vəfat etmişdir.
Didənin şeirləri tam halda əldə yoxdur. Onun əsərlərindən bəzi nümunələri Salman Mümtaz 1928-ci ildə Azərnəşrdə çap etdirdiyi "Mirzə Nəsrulla bəy Didə" kitabında vermiş, 2004-cü ildə şairin həmin nümunələr əsasında hazırlanmış "Bahariyyə" adlı şeirlər toplusu Bakıda çapdan çıxmışdır.