Mirzə Yusif (vəfatı v. 22 oktyabr 1469) Qaraqoyunluların son sultanı.
Mirzə Yusif | |
---|---|
1468 – 1469 | |
Əvvəlki | Həsənəli |
Sonrakı | Qaraqoyunlu dövlətinin Ağqoyunlular tərəfindən fəthi |
Şəxsi məlumatlar | |
Doğum yeri | Qaraqoyunlular |
Vəfat tarixi | |
Vəfat yeri | Ağqoyunlular |
Milliyyəti | Azərbaycan türkü |
Atası | Cahan şah |
Həyat yoldaşı | Əlişükür bəy Baharlının qızı |
Uşağı | Xədicə bəyim |
Dini | İslam, Şiə |
Mirzə Yusif Cahan şahın oğlu idi. 1464-cü ildə böyük qardaşı Pirbudağın qiyamından sonra Fars valisi təyin edildi.[1] Ancaq 11 noyabr 1467-ci ildə Çapaqcur döyüşündə Uzun Həsən tərəfindən tutuldu və kor edildi.
1468-ci ildə Cahan şahın əmir-ümərası və vəziri Pirəli bəy Baharlı tərəfindən sultan elan edildi.[2] Tezliklə Sultanəli (Həsənəlinin oğlu) və Ağqoyunluların rəqib şahzadəsi Mahmud bəy (Qara Osmanın oğlu) ilə birləşdi.[1] Luristanda bir sıra hərbi uğurlar əldə etdilər. Ancaq tezliklə Uzun Həsən tərəfindən məğlub edildi və 1469-cu il 22 oktyabrda Uzun Həsənin oğlu Uğurlu Məhəmməd tərəfindən öldürüldüyü Şiraz şəhərinə çəkildi. Pirəli bəy Baharlı isə Həsən Bayqaranın sarayına qaçdı.[2]
Qızı Xədicə bəyim Əlvənd Mirzənin oğlu Pirqulu bəylə evləndi. Onların nəvəsi Sultanqulu Qütbülmülk daha sonra Qütbşahlar sülaləsini əsasını qoydu.[3]