Səncəq döyüşü

Sancaq döyüşü — 1467-ci ildə Van vilayətinin Çapaqcur qəzasının ərazisində ağqoyunlularla qaraqoyunlular arasında baş vermişdir.

Sancaq döyüşü
Qaraqoyunlu, Ağqoyunlu tarixi
Tarix 1467-ci il
Yeri
Nəticəsi Qaraqoyunlular məğlub oldu. Qaraqoyunlu dövləti süqut etdi.
Münaqişə tərəfləri

Ağqoyunlu dövləti

Qaraqoyunlu dövləti

Komandan(lar)

Uzun Həsən

Cahanşah
Məhəmmədi Mirzə
Pirzad bəy əsir
Rüstəm bəy əsir
İskəndər bəy əsir
Qılınc Arslan bəy əsir
Şah Vəli bəy əsir
Yusif Mirzə əsir

Tərəflərin qüvvəsi

10 min[1]

30 min[2]

İtkilər

bilinmir

5 min

Uzun Həsən Ağqoyunlu tayfa ittifaqını daha da möhkəmlətmək və bu ittifaqın ərazisini Azərbaycan torpaqları hesabına genişləndirmək, Azərbaycanın cənub vilayətlərində hakimiyyəti ələ keçirmək, orada hökmranlıq edən Qaraqoyunlulara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə başladı. O, əyanlara böyük imtiyazlar və vədlər verdi, onlan öz ətrafında sıx birləşdirməyə müvəffəq oldu. XV əsrin ortalarında Qaraqoyunlularla Ağqoyunlular arasındakı mübarizə daha da kəskinləşdi. Mübarizənin ilk dövrünün xüsusiyyəti ondan ibarət idi ki, hər iki tərəf dövlətlərdəki daxili ziddiyyətlərdən fəal surətdə istifadə etməyə başlamışdı. XV əsrin 50-ci illərində Uzun Həsən ermənilərin yaşadıqları torpaqları və Gürcüstanın Qaraqoyunlu hakimiyyəti altında olan şərq hissəsini ələ keçirərək, öz hakimiyyətinə tabe etdi.[3]

Döyüşə hazırlıq

[redaktə | mənbəni redaktə et]

Cahanşahın şərqdəki işğalları zamanı Uzun Həsənin qərbdə əldə etdiyi qazancları geri almaq üçün 1467-ci il mayın 16-da Təbrizdən ayrılaraq Van gölü yaxınlığındakı Sökmənabada gəlməsi ilə başladı. Görünən səbəb dədə-baba yurdlarına səfər olsa da, əslində bu yürüş Ağqoyunlulara öz yerini göstərmək məqsədi daşıyırdı. Müharibənin qaçınılmaz olduğunu dərk edən Həsən bəy bir tərəfdən döyüş hazırlıqları ilə yanaşı digər tərəfdən diplomatik fəaliyyətlərini də davam etdirirdi. O öz elçisini Cahanşahın yanına göndərsə də nəticə ala bilməmişdi. Cavab olaraq Cahanşah da öz adından elçi göndərərək Uzun Həsəni təhdid etmişdi.[4] Beləki Qaraqoyunlu elçisini yola salan kimi bu dəfə qadısı Rüknəddin Əlini hörmət və sayğı dolu sözlərlə yazılmış məktubla o cümlədən qiymətli hədiyyələrlə yenidən Cahanşahın hüzuruna göndərdi. Məqsədi mümkün olan qədər döyüşdən qaçmaq əks halda Qaraqoyunluların fikrini yayındırmaq idi. Bu elçi Uzun Həsən adından Cahanşa bildirir: "Bəyimiz sizə sadiq və bağlıdır. Məqsədiniz ölkə ələ keçirməkdisə bütün qalaların açarlarını sizə təqdim etməyə hazırdır. Əgər mal mülk istəyirsizsə var dövlətini sizə verməyə hazırdır." Lakin Cahanşah bu elçini də müsbət qarşılamadı. Onun əsas məqsədi Ağqoyunluların gedərək artan gücünü sındırmaq, onların hakim olduqları əraziləri ələ keçirmək idi. Nəticədə tərəflər özlərinə bağlı qüvvələrin hamısını ətraflarında topladıqdan sonra döyüşə başladılar.[5]

Tərəflər ilk dəfə 1467-ci il noyabr ayının 11-də Muş düzənliyində qarşı qarşıya gəldilər. Əvvəlcədən buraya ordu göndərərək qalanı ələ keçirən Qaraqoyunlu qüvvələri ilə sayı 3000 civarında olan Ağqoyunluların qabaqcıl qüvvələri arasında baş verən ilk toqquşmada Cahanşah məğlub oldu. Cahanşah döyüşün gedişatını danışmaq məqsədilə divan çağırdı. Divanda əsgərlərin qayıtmaq istəklərini nəzərə alaraq döyüşü gələn ilə ertələməyi qərarlaşdırdılar. Nəticədə qüvvələrin bir qismi geri qayıtdı. Cahanşah ailəsini, əyanlarının bir qismini və qalan əsgərlərini də götürərək Bingöl vilayəti sərhədləri daxilindəki Sancaq bölgəsinə gələrək burada qaldı.[6] Düşmənə əhəmiyyət vermədiyi üçün də ciddi tədbir görməyə ehtiyac duymadan əyləncəyə başları qarışdı. Uzun Həsən rəqibinin bu hərəkətini Yuxarı Fərat hövzəsinə doğru hərbi fəaliyyər olduğunu düşünürdü. Lakin elçiləri məsələnin həqiqətini ona çatdırdıqda, bunun belə olmadığını anladı və daha sərt bir kəşfiyyat və təlim yürütməyə başladı. Rəqibinin Sancaq bölgəsində yerini təyin etdikdən sonra qərargahına kəndli qiyafəsində bir casus göndərdi. Cahanşahın qərargahına heç bir çətinliklə rastlaşmadan girən bu casus yüksək səslə qışqıraraq onun itmiş atını kiminsə görüb-görmədiyini soruşdu ancaq heç bir cavab almadı. O şahın bütün əsgərlərinin sərxoş olduğunu görüb Həsən bəyə xəbər verdi. Vəziyyətin əlverişli olduğunu anlayan Həsən bəy 1467-ci il noyabrın 10-da səhər saatlarında 6000 nəfərlik qoşunu ilə Cahanşahın qərargahına qəfil basqın etdi. Güc nümayiş etdirmək imkanı belə tapa bilməyən Qaraqoyunlu qüvvələri dağıldı. Cahanşah bir əsgər tərəfindən öldürüldü, iki oğlu və bütün əyanları əsir düşdü. Sonralar cənazəsi Təbrizə aparılaraq orada tikdirdiyi Müzəffəriyyə məqbərəsində dəfn olundu.[7]

  1. Paydaş, Kazım. Uzun Hasan ve Otlukbeli Savaşı. Bilge Kültür•Sanat. səh. 125.
  2. Paydaş, Kazım. Uzun Hasan ve Otlukbeli Savaşı. Bilge Kültür•Sanat. səh. 126.
  3. Hınz, 1992. səh. 13
  4. Tehrani, 2006. səh. 253
  5. Tehrani, 2006. səh. 254
  6. Yinanç, 1945. səh. 187
  7. Yinanç, 1945. səh. 188
  • Hınz, Walther (tərc. Tevfik Bıyıklıoğlu). Uzun Hasan and Sheykh Cuneyd (türk). Ankara. 1992.
  • Woods, John E. The Aqquyunlu: Clan, Confederation, Empire. The University of Utah Press. 1999.
  • Əbubəkr Tehrani (Rahilə Şükürova). Kitabi-Diyarbəkriyyə. İstanbul: Bayrak nəşriyyatı. 2006.
  • M.H.Yinanç. Cihanşah. İA. 1945. 173–189.
  • V.Minorsky. Uzun Həsən. Encyclopaedia of Islam, Second Edition. 1960. ISBN 9789004161214.