Mirzəzadə Mehmed Səlim Əfəndi (aprel 1688, İstanbul, Osmanlı imperiyası – 1743, İstanbul, Osmanlı imperiyası) — Osmanlı alimi, din xadimi, xəttatı və şairi.[1][2]
1688-ci ilin aprelində İstanbulda dünyaya gəldi. Atası Lalə dövrünün şeyxülislamlarından Mirzə Mustafa Əfəndidir. İlk təhsilini Yenibağçalı Çələbi Əfəndidən aldı. Ardından atasından və digər məşhur alimlərdən dərslər aldı. 1704-cü ildə Siyavuş Paşa mədrəsəsinə müdərris təyin olundu və 1713-cü ilədək İstanbulun müxtəlif mədrəsələrində xidmət etdi. Həmin ilin dekabrında Saloniki qazısı oldu. Ancaq vəzifəsindən sui-istifadə etməsiylə bağlı yazılan şikayətlərin ardından 1714-cü ilin mayında vəzifədən alındı və Serezə sürgün olundu. Burada 2 ay qaldıqdan sonra İstanbula gəldi və atasının şeyxülislam olmasıyla 1714-cü ilin dekabrında Qalata qazılığına yüksəldi. Ancaq haqqında yazılan yeni şikayətlərin ardından sədrəzəm Şəhid Əli Paşanın əmriylə 1715-ci ilin iyununda vəzifədən alındı. Eyni günlərdə atasının da vəzifədən alınmasıyla hər ikisi Trabzona sürgün olundu. 1716-cı ilin sonlarında İstanbula qayıtmasına icazə verildi. 1722-ci ildə yazdığı bir əsəri Lalə dövrünün məşhur sədrəzəmi Nevşəhərli İbrahim Paşaya təqdim etməsi və bəyənilməsinin ardından həmin ilin avqustunda İstanbul qazılığına yüksəldi. 1730-cu ilin noyabrında Anadolu, 1735-ci ildə isə Rumeli qazəsgərliyinə təyin edildi. Bir il sonra vəzifədən alındı və qalan illərini yaşadığı köşkdə sakit şəkildə keçirdi. 1743-cü ildə İstanbulda vəfat etdi.
İlk evliliyi Rami Mehmed Paşanın qızıyla, ikinci evliliyi isə şeyxülislam Feyzullah Əfəndinin qızıyla baş tutmuşdur. Ancaq övladı olub-olmadığı barədə məlumat yoxdur.
- Tezkire-i Sâlim[3][4]
- Divan[5]
- Neylü’r-reşâd fî emri’l-cihâd
- İkdü’l-cümân fî târîhi ehli’z-zamân Tercümesi
- Selâmetü’l-insân fî muḥâfaẓati’l-lisân
- Mâhiyyetü’l-âşık
- Lugat-i Vassâf
- Türkçe-Arapça-Farsça Lugat[6]
- Akāid-i İmâm Tahâvî Tercümesi
- Safâyî, Tezkire, Süleymaniye Ktp., Esad Efendi, nr. 2549, vr. 131a.
- İsmâil Belîğ, Nuhbetü’l-âsâr, İÜ Ktp., TY, nr. 1182, vr. 32b.
- Râmiz, Tezkire, Süleymaniye Ktp., Esad Efendi, nr. 3873, vr. 52a-b.
- Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, I, 166; II, 136.
- Müstakimzâde, Tuhfe, s. 454.
- a.mlf., Mecelletü’n-niṣâb, Süleymaniye Ktp., Hâlet Efendi, nr. 628, vr. 247a.
- Sahaflar Şeyhizâde Esad Efendi, Bağçe-i Safâ-endûz, İÜ Ktp., TY, nr. 2095, s. 151.
- Fatîn, Tezkire, s. 177-178.
- Mehmed Tevfik, Mecmûatü’t-terâcim, İÜ Ktp., TY, nr. 192, vr. 94b.
- Devhatü’l-meşâyih, s. 84.
- Mehmed Şem‘î, İlâveli Esmârü’t-tevârih, İstanbul 1295, s. 199.
- Muallim Nâci, Esâmî, İstanbul 1333, s. 160.
- Osmanlı Müellifleri, II, 355-356.
- Bursalı Mehmed Tâhir, Menâkıb-ı Harb, İstanbul 1333, s. 21.
- Gibb, HOP, III, 202.
- Ahmed Refik [Altınay], Hicrî On İkinci Asırda İstanbul Hayatı (1100-1200), İstanbul 1930, s. 47-50.
- İbnülemin, Son Asır Türk Şairleri, s. 6.
- Mehmet Nâil Tuman, Tuhfe-i Nâilî (haz. Cemâl Kurnaz – Mustafa Tatcı), Ankara 2001, s. 405.
- Karatay, Türkçe Yazmalar, II, 192.
- Kocatürk, Türk Edebiyatı Tarihi, s. 571-572.
- Babinger (Üçok), s. 285-286, 298-299.
- “Sâlim”, Büyük Türk Klâsikleri, İstanbul 1987, VI, 341-342.
- Kāmûsü’l-a‘lâm, IV, 2494.
- Ömer Faruk Akün, “Sâlim”, İA, X, 130-133.
- “Sâlim Mehmed Emin Efendi”, TDEA, VII, 443.
- Mehmet İpşirli, “Mirza Mustafa Efendi”, DİA, XXX, 167-168.
- ↑ Agâh Sırrı Levend, Türk Edebiyatı Tarihi, Ankara 1973, s. 331-332.
- ↑ Sicill-i Osmânî, III, 3.
- ↑ Nihad Sâmi Banarlı, Resimli Türk Edebiyâtı Târihi, İstanbul 1976, II, 788-789.
- ↑ Sâlim, Tezkiretü’ş-şu‘arâ (haz. Adnan İnce), Ankara 2005.
- ↑ Hüseyin Güfta, Sâlim (Mirzâzâde): Hayatı, Edebî Kişiliği, Eserleri ve Divanının Karşılaştırmalı Metni (doktora tezi, 1995), Atatürk Üniversitesi Sosyal Bilimler Enstitüsü.
- ↑ Yusuf Altınışık, Mirzazâde Mehmed Sâlim Efendi Divânı’ndan Seçmeler ve Tahlil Denemesi (yüksek lisans tezi, 1995), Harran Üniversitesi Sosyal Bilimler Enstitüsü, s. 9-11.