Misir–Suriya münasibətləri

Misir—Suriya münasibətləriMisirSuriya arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələr arasında diplomatik münasibətlər 2013-cü ildə kəsilir, lakin Misirdə baş verən hərbi çevrilişdən sonra yenidən bərpa edilir.

Misir—Suriya münasibətləri
Misir və Suriya
 Misir  Suriya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Suriyanın Bəəsçi hökuməti 1958-ci ilin yanvarında Qahirəyə bir heyət göndərir və Misirə Suriya ilə birləşməyi təklif edir. Suriya Xarici İşlər Naziri Salah Bitar Misir və Suriyanın birləşdirilməsi üzərində işlərin sürətləndirilməsini istəyir. Misir prezidenti Camal Əbdül Nasir Misirə üstünlük verən və bütün digər siyasi qüvvələri təsir imkanlarından məhrum edən şərtlər altında razılaşmanı dəstəkləyir[1]. Pan-ərəb dövləti yaratmaq üçün ilk müqavilələr 1 fevral 1958-ci ildə Qahirədəki Qubba Sarayında Camal Əbdül Nasir və Suriya Prezidenti Şükri əl-Qüvvətli tərəfindən imzalanmışdır. 21 fevralda hər iki ölkədə Misir və Suriyanın vahid bir dövlətdə birləşdirilməsinə dair referendumlar keçirilir və Nasir Birləşmiş Ərəb Respublikasının prezidenti seçilir. Ölkələrin birləşmə aktı 22 fevral 1958-ci ildə həmin ölkələrin prezidentləri tərəfindən imzalanmışdır. Nasir Şama gələndə izdiham onu qarşılayır.

17 aprel 1963-cü ildə Suriyanın rəhbəri general-leytenant Luei al-Atasi və İraqın Baş Naziri Əhməd Həsən Əl-Bəkr paytaxtı Qahirədə yerləşən Ərəb, Suriya və İraq bölgələrindən ibarət Federasiya yaradılması ilə bağlı Qahirədə Nazir kommünikesi yayılir. Federasiyanın bayrağı BƏR bayrağına daha bir ulduz əlavə etməklə müəyyən edilir. Ancaq Suriya və İraqda baş verən siyasi böhranlar qısa müddətdə birləşmə prosesini dayandırir.

BƏR rəsmi olaraq Naserin ömrünün sonuna qədər vahid bir dövlət olaraq mövcud olmuşdur. Ölümündən sonra 1971-ci il 2 sentyabr tarixində BƏR Misir Ərəb Respublikasına çevrilir. Misir prezidenti Ənvər Sadatın İsrail ilə sülh müqaviləsi bağladığı dövrdə ölkələr arasındakı münasibətlər pisləşir. Hafiz Əsəd bu sülh müqaviləsi imzaladıqdan sonra Misirlə bütün münasibətlərini pozur. Növbəti prezident Hüsnü Mübarək münasibətləri normallaşdırmaq üçün səy göstərir. Ərəb baharının başlamasından və Misirdə Müsəlman Qardaşların təsirinin artmasından sonra ölkələr arasında münasibətlər yenidən çox gərginləşir. Müsəlman Qardaşlar Suriyada qadağan olunmuş bir təşkilatdır və üzv olmaq ölüm cəzası ilə cəzalandırılır. 2011-ci ildə Misir, Suriya təhlükəsizlik qüvvələrinin dinc insanlara hücumundan sonra Misir Suriya Ərəb Respublikası ilə ticarət əlaqələrini kəsir. Misir Suriya müxalifətini dəstəkləyir və Bəşər Əsədi istefaya çağırır. Buna cavab olaraq Suriya ölkəsindəki vətəndaş müharibəsinə müdaxilə olacağı təqdirdə Misirə qarşı müharibəyə başlayacağını bildirir.

14 iyun 2013-cü il tarixində Səudiyyə qaizi Məhəmməd bin Əbdülrəhman əl-Arifi Qahirədə bir xütbəsində misirliləri Suriya Prezidenti Bəşər Əsədlə mübarizədə iştirak etməyə çağırır. Həmin gün bir qrup sünni din xadimi Suriya rejiminə qarşı cihada çağırış edən bir açıqlama verir. Ertəsi gün Misir Suriya ilə diplomatik əlaqələrini kəsir. Ancaq iyul ayında Misirdəki hərbi çevrilişdən sonra münasibətlər yenidən qurulur. 2013-cü ilə qədər Misirdə 100.000-dən çox Suriyalı qaçqın yaşayır.

Diplomatik əlaqələrin bərpa olunmasına baxmayaraq, Suriya ilə Misir arasındakı münasibət ehtinadsızlıq səviyyəsindədir. 2015-ci ilin iyun ayında Misir Prezidenti Əbdül Fəttah əs-Sisi Livan diplomatlarından ibarət bir heyətə Prezident Bəşər Əsəd rejiminin süqutuna hazırlaşmağı tövsiyə edir.

  • Египетско-сирийские отношения на сайте countrystudies.us(ing.)
  • More than 100,000 Syrian refugees in Egypt(ing.)
  • World Report:2012, Human Rights Watch. (ing.)
  • "Egypt and Syria to keep consulate relations: FM spokesperson - Politics - Egypt - Ahram Online". english.ahram.org.eg. İstifadə tarixi: 2016-01-18. (ing.)
  • "Sisi to Lebanese: Prepare for fall of Assad". The Daily Star Newspaper - Lebanon. 2015-06-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-18. (ing.)
  1. James P. Jankowski. Nasser's Egypt, Arab Nationalism, and the United Arab Republic. Lynne Rienner Publishers. 2002. ISBN 9781588260345. 2017-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-17.