Mixail Edişeroviç Çiaureli (gürc. მიხეილ ჭიაურელი; 1894 — 1974) — Gürcüstan kinorejissoru, SSRİ xalq artisti (1948).
Mixail Çiaureli | |
---|---|
gürc. მიხეილ ჭიაურელი | |
| |
Doğum tarixi | |
Doğum yeri | Tbilisi, Rusiya imperiyası |
Vəfat tarixi | (80 yaşında) (80 yaşında) |
Vəfat yeri | Tbilisi, Gürcüstan SSR, SSRİ |
Dəfn yeri |
|
Vətəndaşlığı |
Rusiya İmperiyası SSRİ Gürcüstan SSR |
Həyat yoldaşı | |
Uşağı | Sofiko Çiaureli |
Fəaliyyəti | kinorejissor, ssenarist |
Təhsili | |
Mükafatları |
|
IMDb | ID0157102 |
Mixail Çiaureli 6 fevral 1894-cü ildə Tbilisidə anadan olub. 1916-cı ildə Tbilisi Boyakarlıq və Heykəltəraşlıq məktəbini bitirmişdir. 1921-ci ildən teatrda rəssam, rejissor, aktyor işləmişdir. Kinoda aktyor kimi debütü "Arsen Corciaşvili" filmində olmuşdur (1921, Arsen). "Suram qalası" (1923, Osman ağa), "Keçmişin dəhşətləri" (1925, Harun), "Natella" (1926, Condo), "Xanuma" (1927, Siko) filmlərinə çəkilmişdir. 1928-ci ildə Yefim Dziqanla birlikdə "Birinci kornet Streşnev" filmini çəkmişdir. Ən yaxşı filmləri: "Son saatda" (1928), "Saba" (1929), "Axırıncı maskarad" (1934, ilk səsli gürcü filmi), "Arsen" (1937), "Georgi Saakadze" (1942), "And" (1946), "Berlinin süqutu" (1950), "Bir qız haqqında povest" (1960), "İndi başqa zəmanədir" (1965) və s. Bir neçə animasiya filmi də çəkmişdir. 1948-ci ildə SSRİ xalq artisti adı almışdır. Beşqat Stalin mükafatı laureatıdır (1941, 1943, 1946, 1947, 1950). Mixail Çiaureli 31 oktyabr 1974-cü ildə Tbilisidə vəfat etmişdir.