Mixail Aleksandroviç (rus. Михаи́л Алекса́ндрович, 22 noyabr (4 dekabr) 1878[1][2][…], Puşkin[d], Sankt-Peterburq quberniyası[d][3] – 13 iyun 1918[3] və ya 12 iyun 1918[4], Perm[5]) ― böyük knyaz, imperator III Aleksandrın oğlu, II Nikolayın kiçik qardaşı. General-leytenant.
Mixail Romanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 noyabr (4 dekabr) 1878[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 13 iyun 1918[3] (39 yaşında) və ya 12 iyun 1918[4] (39 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Atası | III Aleksandr[1][2][…] |
Anası | Mariya Fyodorovna[6] |
Hərbi xidmət | |
Rütbəsi | general adyutant[d] (1916), general-leytenant (1916) |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Mixail 22 dekabr 1878-ci ildə imperator III Aleksandrla, imperatriça Mariya Fyodorovnanın beşinci övladı olaraq dünyaya gəlmişdir. 1 noyabr 1894-cü ildə III Aleksandr 49 yaşında vəfat edir və böyük oğlu Nikolay taxta çıxır. 1899-cu ilədək II Nikolayın vəliəhdi qardaşı Qeorqi idi. Ancaq 28 iyun 1899-cu ildə Qeorqi Aleksandroviçin vərəm xəstəliyi səbəbi ilə ölümündən sonra rus taxt-tacının vəliəhdi Mixail olur. O bu titulu 12 iyul 1904-cü ilə, II Nikolayın oğlu Alekseyin doğumuna qədər daşıyır.
Birinci dünya müharibəsi başladıqdan sonra Mixail 24 avqust 1914-cü ildən əsasən, "Vəhşi diviziya"[7] kimi tanınan Qafqaz yerli atlı diviziyasına rəhbərlik etməyə başlayır. 4 fevral 1916-cı ildə Kavaler korpusunun komandirliyinə gəlir. Elə həmin il iyunun 2-si general-leytenant, sentyabrın 1-i general-adyutant rütbələrini alır.
Fevral inqilabının gedişi zamanı II Nikolay hakimiyyətdən imtina edir. O həm də oğlu Alekseydən vəliəhdlik statusunu alaraq taxt-tacı bu zaman Qatçine şəhərində olan Mixailə həvalə edir. Mixail isə öz növbəsində xalqın razılığı olduqdan sonra imperator olmasının mümkünlüyünü bildirir və müvəqqəti hökumətdən tabe olmağı istəyir. Duma isə Mixaili məcbur edərək ondan çətin anda hökmdarlığı öz üzərinə götürmə vədini alırlar. Mənbələr göstərir ki, fevral inqibalı boyu Mixail imperiyanı qorumaq üçün səy göstərmiş və taxt-tac istəyində olmamışdır. Amma uğurlu Oktyabr inqilabı[8] sonra həbs edilən Mixail Qatçinada ev dustağına çevrilir. 1918-ci ilin martında Perm quberniyasına aparılır. Mixail Romanov və katibi Nikolay Nikolayoviç Jonson 1918-ci ilin iyunun 12-dən 13-nə keçən gecə yerli polis işçiləri tərəfindən oğurlanaraq Perm ətrafında öldürülürlər. İndiyə qədər dəf yeri məlum deyil. Hazırda yayılmış mülahizəyə əsasən Mixailin Aleksandroviçin ölümündə əsas səbəbkarlar Perm polis idarəsinin rəisi İvançenko və Ümumrusiya Mərkəzi İcrayə Komitəsi üzvü Myasnikov olmuşdur.
1907-ci ildən etibarən Mixail Natalya Serqeyevna Şeremetyevskaya ilə görüşməyə başlayır. 1910-cu ildə onların evlilikdən kənar oğulları Qeorqi doğulur. Mixail və Natalya 17 oktyabr 1912-ci ildə Vyanada morqanatik izdivaca[9] girirlər. Ancaq nə II Nikolay və anası Mariya Fyodorovna, nə də ki Romanovların digər üzvləri buna qədər 2 dəfə ailə həyatı qurmuş Natalya ilə evliliyi qəbul etmirlər. Nəticədə Mixail bütün vəzfilərindən kənarlaşdırılır və ona bir müddət Rusiyaya gəlmə qadağası qoyulur. Oğlu Qeorqi 13 noyabr 1913-cü ildə imperatordan Mixayloviç Brasov soyadını, 26 mart 1915-ci ildə qraf titulunu alır. Oktyabr inqilabından sonra anası ilə birgə gizli şəkildə Böyük Britaniyaya qaçır, daha sonra isə Fransaya köçürlər. Qeorqi 21 iyul 1931-ci ildə Parisdə avtomobil qəzasında ağır yaralanır və vəfat edir.