Mkrtiç Açemyan

Mkrtiç Açemyan (erm. Մկրտիչ Աճէմեան; 10 noyabr 1838, İstanbul[1][2]28 avqust 1917, İstanbul[2]) — erməni şairi, tərcüməçi, dramaturq və teatr xadimi[3].

Mkrtiç Açemyan
q.erm. Մկրտիչ Աճէմեան
Doğum tarixi 10 noyabr 1838(1838-11-10)
Doğum yeri
Vəfat tarixi 28 avqust 1917(1917-08-28) (78 yaşında)
Vəfat yeri
Fəaliyyəti şair, tərcüməçi
Əsərlərinin dili erməni dili
Janr poeziya

İstanbulun Ortköy rayonunda anadan olmuşdur və ibtidai təhsilini erli erməni məktəbində almışdır. Daha sonra Venesiyada, Murad Rafaelyanın erməni məktəbində oxudu və Gevond Alişanın rəhbərliyi altında öz ədəbi istedadını inkişaf etdirdi. 1858-ci ildə İstanbula qayıtdı və orada 1860-cı illərin sonundan mədəni, xüsusilə teatr sahəsində aktiv iştirak edirdi, pyesa və şeirlər yazırdı. Onun "Təbəssüm və göz yaşları" (erm. Ժպիտք և արտասունք) adlı poeziyasının birinci toplusu 1871-ci ildə dərc edilmişdi.

Açemyanın yaradıcılığının əsas mahiyyəti sosial haqsızlığa qarşı etirazdan ibarətdir. Onun böyük şəhərdə çalışan ermənilərin ağır həyatını təsvir edən şeirləri məşhurluq qazanmışdılar[3]. Açemyanın şeirləri dövri nəşrlərdə dərc edilirdilər və debütdən savayı daha sonra "İşıq və kölgələr" (erm. Լոյս եւ ստուերք, 1878) və "Yaz küləkləri" (erm. Լոյս եւ ստուերք, 1892). 1908-ci ildə bədii topluların üçü də 1892-ci ildən sonra yazılan bəzi şeirlərin əlavə edilməsiylə "Titrəyən qafiyələr" (erm. Թրթռուն յանգեր, 1908) adlı bir kitabda yenidən nəşr edilmişdilər. Şiller, Lafonten, Pyer-Jan Beranje və s. əsərlərini erməni dilinə tərcümələri "Müxtəlif tərcümələr" (erm. Զանազան թարգմանութիւնք) adı atlında ayrıca dərc edilmişdilər.

  • Պետրոսյան Հ., Հայ գրականության բիբլիոգրաֆիա, Երևան, 1953։