Gevond Alişan (erm. Հայր Ղեւոնդ Ալիշան; 6 (18) iyul 1820[1][2], Konstantinopol, Osmanlı imperiyası[1][2] – 9 noyabr 1901[1][2], San-Ladzaro-deli-Armeni[d], İtaliya krallığı[2]), həmçinin Leonsio Alişan (it. Leonzio Alishan) və ya Leons Alişan (fr. Léonce Alichan) — erməni əsilli katolik keşişi, tarixçi və şairi. 1885-ci ildə Parisdəki Erməni Tələbələr Fondu Gevond Alişandan Ermənistanı təmsil edəcək bayraq hazırlamağı xahiş etmişdir. Onun tərtib etdiyi ilk bayraq formaca müasir Ermənistan bayrağına bənzəsə də, üzərindəki rənglər fərqli idi. O, daha sonra hazırladığı başqa bir bayraqğı Fransa bayrağından ilhamlanaraq tərtib etmişdir. Bu bayraqdakı rənglər qırmızı, yaşıl və mavi idi. Bunların Nuhun yerə enərkən ardıcıl olaraq gördüyü üç rəng olduğuna inanılır.
Gevond Alişan | |
---|---|
q.erm. Քերովբէ Ալիշանեան | |
Doğum adı | Քերովբէ Պետրոս–Մարգարի Ալիշանեան[1][2] |
Doğum tarixi | 6 (18) iyul 1820[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 9 noyabr 1901[1][2] (81 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Tanınmış yetirmələri | Mkrtiç Açemyan |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
İngilis yazıçısı Con Raskin "ona həmişə bir növ müqəddəs kimi baxdı"ğını qeyd etmiş, "uzun illər dostu" olduğunu əlavə etmişdir.[3]