“Mobbing” sözü ilk dəfə uşaqların bir-birləri ilə kobud münasibətlərini təsvir etmək üçün istifadə edilmişdir. 1950-1960-cı illərdə iş yerlərində aparılan araşdırmalar, mobbingin təkcə uşaqlar arasında yaşanmadığını ortaya qoydu. Mobbing emosional bir hücumdur. Yaşından, irqindən, cinsindən asılı olmayaraq pis davranış yolu ilə istənilən şəxsə yönəlmiş təcavüzdür.
Psixoloji şiddət anlayışı ilk dəfə Dr. Hayns Leymann tərəfindən 1984-cü ildə istifadə edilib. Şəxsin iş həyatından kənarlaşdırılması üçün qəsdən edilir. İnsanın hörmətsiz, alçaldıcı, təhqiramiz rəftar, hörmətsiz ittihamlara məruz qalması ilə başlayır. İşəgötürən, qarşı tərəfin sosial nüfuzunun azaldılmasına yönəlmiş təcavüzkar bir mühit yaratmaqla, təhqir və istehza ilə işini tərk etməyə çağırır. Bir araşdırmaya görə, qeyri-kommersiya təşkilatlarında, məktəblərdə və səhiyyə sənayesində mobbing daha çox görülür. Yüksək işsizlik dərəcələrinə görə işçinin dəyərsiz sayılması mobbinqin artmasına səbəb olur.
ABŞ-da aparılan araşdırmalarda işləyən kişilərin 15%-i, qadınarın isə düz 41%-i psixoloji şiddət qurbanıdır. Leymann, İsveçdəki intiharların 15% -nin mobbingdən qaynaqlandığını söyləyir.
Psixoloji şiddətin növləri :
1. Yuxarıdan aşağıya doğru olan mobbing bir rəhbərin tabeçiliyindəki işçilərinə qarşı tətbiq etdiyi davranışların məcmusudur. Onlar sahib olduqları təşkilati güc vasitəsilə işçilərə təzyiq göstərərək işçiləri təşkilatdan. kənarlaşdırmaq məqsədi güdürlər. Bunun bir çox səbəbi ola bilər:
2. Aşağıdan yuxarıya doğru olan mobbing tabeçilikdəki işçilərin rəhbərlərinə qarşı fərdi ya da qrup şəklində hərəkət edərək tətbiq etdikləri davranışları təşkil edir.
3. Üfüqi psixoloji təzyiq - eyni səviyyədə və ya eyni hiyerarxik qrupda olanların bir-birlərinə qarşı tətbiq etdikləri davranışların təşkil edir. Məsələn: bərabər şərtlər altında çalışan işçilərin paxıllığı, eyni vəzifədəki işçilərin maraqlarının toqquşması, şəxsi narazılıqları, eyni mövqedə olanlar arasındakı rəqabət.
Zorbalıq (Bullinq) zamanı hədəf şəxsə fiziki ziyan, sözlü ziyan, mənəvi ziyan verilə bilər. Bu cür davranışların rasionallaşdırılması bəzən sosial sinif, irq, din, cinsiyyət, cinsəl yönəlim, görünüş, davranış, bədən dili, şəxsiyyət, etibar, soy, güc və ya bacarıq fərqliliklərini əhatə edir. Zorbalıq bir qrup tərəfindən edilirsə ona mobbinq deyilir.
Təbii ki, psixoloji şiddətə məruz qalan insanlar bununla mübarizə aparmalıdır. İlk əvvəl bu təzyiqi göstərən şəxslərlə danışmalıdır. Faydası olmadığı halda rəhbərlərinə sıra ilə bildirməlidir
Hazırladı. Hüseyn Alıyev
ColorBrain:https://colorbrainscience.wordpress.com/
(Bullinq https://colorbrainscience.wordpress.com/2020/05/15/bullinq-n%c9%99dir/ )