Karl Rocers

Karl Rensom Rocers (ing. Carl Ransom Rogers; 8 yanvar 1902[1][2][…], Ouk-Park[d], İllinoys4 fevral 1987[1][2][…], La-Hoyya[d], Kaliforniya) — amerikan psixoloqu, humanistik psixologiyanın banilərindən biridir (Abraham Masslou ilə birgə). Rocers subyektin sosial mühüm ilə qarşılıqlı əlaqəsi zamanı fomalaşan "mənlik konsepsiyasını" şəxsiyyətin quruluşunun mühüm tərkib hissəsi hesab edirdi. Rocers qeyri direktiv psixoterapiyanın yaradılmasında mühüm rol oynamış və onu "şəxsiyyət yönümlü psixoterapiya" (ing. person-centered psychotherapy) adlandırmışdır. 1947-ci ildə ABŞ psixologiya assosasiyasının prezidenti olmuşdur.

Karl Rensom Rocers
ing. Carl Ransom Rogers
Doğum tarixi 8 yanvar 1902(1902-01-08)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 4 fevral 1987(1987-02-04)[1][2][…] (85 yaşında)
Vəfat yeri
Elm sahələri psixologiya, Psixoterapiya
İş yeri
Təhsili
Üzvlüyü
nrogers.com/index.html
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rocers öz üsulunu universal hesab edirdi. Belə ki, həmin üsulu mədəniyyətindən, fəaliyyət sahəsindən, dini baxışlarından asılı olmayaraq müxtəlif müştəri tiplərinə həm qruplar (tələbəvə şagirdələrə, əmək kollektivlərinə), həm də fərdi (məktəblilərə, valideynlərə, veteranlara) şəkildə tətbiq etmək mümkündür. Bu metod həm fərddaxili, həm də fərdlər arası və qruplararası münaqişələrin həllində istifadə edilə bilər.

Rocersin "şəxsiyyət yönümlü psixoterapiya"sı müştərilərin üzləşdiyi müxtəlif əməli problemlərin həllində istifadə edilir. Həmin problemlər aşağıdakılardır: peşəkar fəaliyyətlə bağlı problemlər, ər-arvad münasibətlərində olan problemlər, psixoloji pozuntular və s. Son illər bu üsul tepapevtlər tərəfindən uğurla tətbiq edilir. Müəllif özü bildirir ki, "10 il əvvəl qeyri-direktiv yanaşmanı tətbiq edən terapevt hər müştəri ilə orta hesabla 5–6 müayinə həyata keçirirdisə (nadir hallarda 15), "şəxsiyyət yönümlü psixoterapiya"nın tətbiqi nəticəsində 15–20 müsahibə kifayət edir" 

Rocers "şəxsiyyət yönümlü psixoterapiya"nın problemli uşaqlarla münasibətdə səmərəli olması xüsusi ilə qeyd edirdi. Bu sahədəki fəaliyyət zamanı əksər hallarda verbal ünsiyyət çox az olur və ya ümumiyyətlə müşahidə edilmir. Burada ən vacib məqam qrup şəklində tepariyadır. Bu cür tepariya üsulu nəinki problemli uşaqlarda, həmçinin yetkin insanlarda da səmərə verir. Bu üsulun mahiyyətini tərəf müqabilinin hərəkətlərini izləmək və əyani şəkildə örnək götürməkdən ibarətdir.

  • "…İnsan müəyyən bir növə aiddir və həmin növün xüsusiyyətlərinə malikdir. Bu xüsusiyyətlərdən biri insanın sosiallaşmaya və qarşılıqlı münasibətlərə olan "sağalmaz" tələbatıdır.
  • İnsan özünün deyil, digər şəxslərin gözləntilərini doğrultmağa cəhd göstərdikdə çoxlu sayda problem meydana gəlir.
  • Hər birimiz iki ayrıca hissədən ibarədir (ruh və bədən) və biz onları ciddi cəhdlə birləşdirməyə, inteqrasiya etməyə çalışırıq.
  • Xeyirxahlıq ona inanmayan insanların qarşısına nadir hallarda çıxır.
  • "Kim sizə deyib ki, kimsə sizi sevməyə borcludur? Bu harda yazılıb?
  • Nüfuzlu şəxslərin nəzəriyyələrində də səhvlər ola bilər
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Carl Rogers // Encyclopædia Britannica (ing.).