Monumental sənət

Cizədə yerləşən Böyük Sfinks heykəliXefren ehramı

Monumental sənət — əzəməti və mühüm ideya məzmunu ilə fərqlənən, möhtəşəm və ümumiləşdirilmiş formalarda ifadə olunan plastik sənət növü. Monumental sənətə xatirə abidələri, binaların heykəltaraşlıq, boyakarlıqmozaika bəzəkləri, vitrajlar, şəhər və park heykəltaraşlığı, fəvvarələr və s. daxildir (bəzən memarlıq əsərləri də monumental sənətə aid edilir). Monumental sənət vacib dövlət məsələlərinə, mühüm ictimai ideyaların geniş kütlə arasında təbliğinə və yayılmasına xidmət edir. Monumental sənət antaqonist sinifli cəmiyyətdə hakim ideologiyanı təcəssüm etdirir, realist incəsətin yüksəlişi dövründə qabaqcıl. demokratik və humanist ideyaların ifadəsinə çevrilir.[1]

Monumental sənətin ilk nümunələri ibtidai cəmiyyətdə yaranmışdır. Menhirlərdə, dini heykəllərdə və qaya rəsmlərində təbiət qüvvələrinin əzəməti haqqında ibtidai insanın təsəvvürləri təcəssüm olunmuş, onun əmək vərdişləri öz əksini tapmışdır. Qədim Misirdə monumental sənət ictimai quruluşun sarsılmazlığı fikrinin möhkəmlənməsinə və hökmdarların şəxsiyyətinin ilahiləşdirilməsinə xidmət edirdi (Cizədə Böyük Sfinks heykəli). Qədim Yunanıstanda quldarlıq demokratiyasının yüksəlişi dövründə insan gözəlliyinə və ləyaqətinə inam hissləri ilə aşılanmış monumental sənət əsərləri yaradılmışdı (Afina Parfenonunun heykəltaraşlıq bəzəkləri). Orta əsr dini tikililərinin bəzəklərində monumental sənət geniş tətbiq olunurdu (Reyms, Şartr, Naumburq kilsələrinin heykəltaraşlıq bəzəkləri, Vatikandakı Sikst kapellasında Mikelancelonun tavan rəsmləri və s.). XIX–XX əsrlərdə sarayların və ictimai binaların bədii tərtibatında böyük rolu olmuşdur.[1]

SSRİ-də monumental sənətin inkişaf proqramı Vladimir Leninin "Monumental təbliğat" planı ilə müəyyən olunmuşdur. SSRİ-də və digər sosialist ölkələrində kommunist ideyaları ilə aşılanmış monumental sənət əsərləri yaradılmışdır. Latviya SSR-in Salaspils stansiyası yaxınlıqlarında faşist terroru qurbanlarına abidə ansamblı (1961–1967 heykəltaraşlar L. Bukovski, Y. Zarin və b.) Volqoqradın Mamay kurqanında abidə ansamblı (1963–1967; müəlliflər Y. Vuçetiç, Y. Belopolski və b.), Belarusun Minsk vilayətində "Xatın" xatirə kompleksi (1969-cu ildə açılışı olmuşdur; müəlliflər Y. Qradov, V. Zankoviç, L. Levin, S. Selixanov), Kiyevdə "1941-1945-ci illərdəki Böyük Vətən müharibəsinini tarixinin Ukrayna Dövlət muzeyi xatirə kompleksi" (1981; müəlliflər V. Z. Boroday, Y. N. Stamo, V. D. Yelizarov, F. M. Soqoyan, Q. N. Kislı və b.) və s.[1]

Heykəltəraşlıq

[redaktə | mənbəni redaktə et]

Monumental heykəltaraşlıq mühüm ictimai hadisələrin və görkəmli şəxsiyyətlərin şərəfinə yaradılan təkfiqurlu və çoxfiqurlu abidə, monument, heykəltaraşlıq komplekslərinə aid edilir. Monumental heykəltaraşlıq əsərləri ölçüsünün böyüklüyü, hazırlandığı materialın möhkəmliyi və davamlılığı ilə fərqlənir. Monumental heykəltaraşlıq əsərləri mühüm ictimai ideyaları təbliğ edir. Monumental heykəltaraşlıq hələ ibtidai cəmiyyətdə yaranmış, orta əsrlərdə geniş inkişaf etmişdir. Mikelancelonun "David" heykəli (1501–1504, Florensiya Rəssamlıq Akademiyası), Venesiyada Bartolomeo Kolleoninin at üstündə abidəsi (1979–1488, heykəltaraş Verrokkio), Sankr-Peterburqda I Pyotrun abidəsi ("Tunc atlı", 1768–1778), Budapeştdə "Azadlıq" monumenti (hündürlüyü 36 metr, 1947) və s. abidələr dünya monumental heykəltaraşlığında mühüm yer tutur. "26 Bakı komissarının güllələnməsi" qorelyefi (1924–1946), "Daş proletariatın silahıdır" (1927; 1947-ci ildə tuncdan tökülmüşdür), Moskvada XTNS qarşısında qoyulmuş "Fəhlə və kolxozçu qadın" heykəl qrupu (1935–1937), Sovet Ordusu döyüşçülərinin xatirəsinə Berlindəki Treptov-parkda ucaldılmış abidə ansamblı (1946–1949), Nizaminin Gəncədə və Bakıdakı abidələri (1946, 1949), Volqoqradda Mamay kurqanında Stalinqrad döyüşü iştirakçılarının şərəfinə abidə ansamblı (1963–1967), Bakıda Vladimir Leninin (1955), Füzulinin (1962), Nəriman Nərimanovu (1972), Məşədi Əzizbəyovun (1976), Cəfər Cabbarlının (1982) abidələri, Taqanroq yaxınlığında 416-cı Azərbaycan və 130-cu Taqanroq diviziyalarının şərəfinə monumental abidə (1980) sovet monumental heykəltaraşlığında mühüm yer tutur.[2]

  1. 1 2 3 Монументал сәнәт // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 56.
  2. Монументал һејкәлтарашлыг // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 56–57.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Популярная художественная энциклопедия. М.: Советская энциклопедия. 1986
  • Словарь античности. Перевод с немецкого. — М.: Прогресс. 1989 (VEB Bibliographisches Institut Leipzig, 1987, 9, neubarbeitete Auflag) ISBN 5-01-001588-9
  • Фаворский В. А. Литературно-теоретическое наследие. — М.: Советский художник. 1988 ISBN 5-269-00094-6
  • Шевелёв И. Ш., Марутаев М. А. Золотое сечение: Три взгляда на природу гармонии. — М.: Стройиздат, 1990 ISBN 5-274-00197-1
  • Валериус С. С. Монументальная живопись. Современные проблемы. М.: 1979
  • Швидковский О. А. Гармония взаимодействия. Архитектура и монументальное искусство. — М.: Стройиздат. 1984
  • Базазьянц С. Б. Художник, пространство, среда. Монументальное искусство и его роль в формировании духовно-материального окружения человека. Художник и город. — М.: Советский Художник. 1983
  • Бартенев И. А., Батажкова В. Н. Очерки истории архитектурных стилей: Учебное пособие. — М.: Изобразительное искусство. 1983
  • Шуази Огюст. История архитектуры в 2 томах. М.: В. Шевчук. 2008
  • Матье М. Э. Искусство Древнего Египта. — М.: Искусство. 1961
  • Пунин А. Л. Искусство Древнего Египта: Раннее царство. Древнее царство. Новая история искусства. СПб.: Азбука-классика. 2008
  • Тюляев С. И. Искусство Индии III-е тысячелетие до н. э. — VII век н. э. — М.: Искусство 1988
  • Тюляев С. И. Искусство Шри Ланка. Древний и средневековый период. — М.: Искусство. 1974
  • Античная цивилизация. Ответственный редактор доктор искусствоведения В. Д. Блаватский. — М.: Наука. 1973
  • Миронов А. М. История античного искусства. — М.: ЛИБРОКОМ. 2010
  • Борухович В. Г. Вечное искусство Эллады. — СПб.: Алетейя. 2002 ISBN 5-89329-499-8
  • Виппер Б. Р. Искусство Древней Греции. —.М.: Наука 1972
  • Скворцов А. И. Наследие земли Владимирской. Монументальная живопись. — М.: Памятники Отечеству. 2004
  • Лифшиц Л. И., Сарабьянов В. Д., Царевская Т. Ю. Монументальная живопись Великого Новгорода. Конец XI — первая четверть XII века. — СПб.: Дмитрий Буланин. 2004
  • Данилова И. Е. Итальянская монументальная живопись. Раннее Возрождение. — М.: Искусство. 1970
  • Пешке И. Монументальная живопись эпохи Джотто в Италии 1280—1400. — М.: Белый город. 2003 ISBN 5-7793-0641-9
  • Климан Ю. Монументальная живопись эпохи Ренессанса и маньеризма в Италии 1510—1600. — М.: Белый город. 2004
  • Смирнова И. А. Монументальная живопись итальянского Возрождения. — М.: Изобразительное искусство. 1987
  • Гапоненко Т. Г. Монументальная живопись. — М.—Л.: ОГИЗ, ИЗОГИЗ. 1931
  • Киплик Д. И. Техника живописи. V Монументальная живопись. — Л.—М.: Государственное издательство 1939
  • Русская архитектура. XI — начало XX века. Каталог отдела истории русской архитектуры. — М.: Академия Художеств. 1962
  • Монументальная и декоративная скульптура XVIII—XIX веков. — М.: Искусство. 1951
  • Исаченко В. Г. Монументальная и декоративная скульптура Санкт-Петербурга. — СПб.: Паритет. 2005
  • Толстой В. П. Советская монументальная живопись. — М.: Искусство. 1958
  • Жадова Л. Монументальная живопись Мексики. — М.: Искусство. 1965