Monumentum Ancyranum (azərb. Ankara abidəsi) - Türkiyənin Ankara şəhərində yerləşən arxeoloji abidədir. Adını “Res Gestae Divi Augusti” (İlahi Avqustun əməlləri) kitabəsindən alan abidə, Ankara şəhərində qədim Avqusteum hissəsində yerləşir. Buradan “Res Gestae” əsərinin ən yaxşı qorunmuş variantı aşkarlanmışdır.
Ankara abidəsi | |
---|---|
lat. Monumentum Ancyranum | |
39°56′39″ şm. e. 32°51′29″ ş. u. | |
Ölkə | Türkiyə |
Şəhər | Ankara |
Yerləşir | Altındağ ilçəsi |
Aidiyyatı | Roma imperiyası |
Əsas tarixlər |
e.ə. 14 - Abidənin divarında "İlahi Avqustun əməlləri" həkk edilib. 1555 - Abidənin kitabəsi Ojye de Busbek tərəfindən kəşf edilib. |
Tikilmə tarixi | e.ə.25-20-ci illər |
Üslubu | Qədim Roma memarlığı |
Vəziyyəti | Xarabalıqları qalıb |
Vikianbarda əlaqəli mediafayllar |
Məbəd e.ə.25-20-ci illərdə Anadolunun Roma imperiyası tərəfindən fəth edilməsi və mərkəzi Ankira şəhəri olan Qalatiya vilayətinin yaradılmasından sonra inşa edilmişdir.
14-cü ildə Avqustun ölümündən sonra “Res Gestae Divi Augusti” mətni məbədin interyerində pronaos hissəsində latın dilində, fasadın çella hissəsində isə yunan dilində həkk edilmişdir.
Əsərin, Romadakı Avqust mavzoleyi qarşısında ucalan tunc sütunlar üzərində yazılmış tam mətni çoxdan itirilmiş, digər iki saxlanmış mətn isə tam olmadığına görə bu mətnlər əsərin ən yaxşı qorunmuş nüsxəsi hesab edilir.[1]
Monumentum Ancyranum haqqında qərb aləminə ilk məlumat, Sultan Süleyman Qanuninin dövründə (1555-1562) Müqəddəs Roma imperiyası imperatoru I Ferdinandın Kiçik Asiyanın Amasiya şəhərinə göndərdiyi səfir Ojye Gislen de Busbek[2] olmuşdur.
Kitabəni ilk dəfə oxuyan Busbek Qay Svetoni Trankvilldən oxuduğu məlumatlar əsasında kitabənin mənşəyini müəyyən etmişdir; O, kitabələrdəki mətnlərin bir hissəsini “Türk məktubları”nın tərkibində nəşr etdirmişdir.[3]