Moris Drüon de Reynyak (fr. Maurice Druon de Reyniac; 23 aprel 1918[2][3][…], XIII arondisman[1] – 14 aprel 2009[3][4][…], VII arondisman[1]) — Fransız yazıçı, Fransa Müqavimət Hərəkatının iştirakçısı, Fransanın mədəniyyət naziri (1973-1974).
MORIS DRÜON | |
---|---|
fr. Maurice Druon[1] | |
Doğum adı | Samuel Roger Charles Wild, puis Druon[5][1] |
Doğum tarixi | 23 aprel 1918[2][3][…] |
Doğum yeri | |
Vəfat tarixi | 14 aprel 2009[3][4][…] (90 yaşında) |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, yazıçı, ssenarist, uşaq ədəbiyyatı yazıçısı |
Fəaliyyət illəri | 1942-ci ildən |
Əsərlərinin dili | fransız dili |
Janr | roman |
Üzvlüyü | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Moris Drüonun atası, mənşəcə litvalı yəhudi olan Lazar Kessel 1899-cu ildə Rusiyanın Orenburq şəhərində doğulmuş və 1908-ci ildə ailəsi ilə birlikdə Fransaya mühacirət etmişdir. Lazar Kessel 21 yaşında intihar edəndən sonra, Morisin anası notarius Rene Drüona ərə getmişdir. Drüonun uşaqlığı Normandiyada keçmişdir.
1937-1939-cu illərdə Parisdə ədəbiyyat fakültəsində və Siyasi Elmlər Məktəbində təhsil almışdır.
İkinci dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatında iştirak etmiş, hərbi müxbir işləmişdir.
1973-1974-cü illərdə Fransanın mədəniyyət naziri vəzifəsində çalışmışdır.
1966-cı ildə Fransa Akademiyasının üzvü (yazıçı Jorj Duamelin olümündən sonra boşalmış yerə) seçilmişdir.
1985–1999-cu illərdə Fransa Akademiyasının daimi katibi vəzifəsini icra etmişdir.
1943-cü ildə Drüon, əmisi Jozef Kessel ilə birlikdə, Fransa Müqavimət Hərəkatının qeyri-rəsmi himni olan "Partizanların nəğməsini" yazmışdır.